Məhkəmə qərarları › İş №3(003)-364/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-364/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-364/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 22 avqust 1999-cu ildə Lerik rayonu, Veri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs 2023-cü ilin yanvar ayının əvvəlində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində X1 məxsus 450 manat dəyərində dəmir dayaqları oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı İman İmranov tərəfindən 26 yanvar 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, X1 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən həyətyanı sahədə fəhlə işləmişdir. Həmin sahə hasara alınsa da darvazası yox idi və darvazanın qoyulması üçün beton dirəklərin quraşdırılması ilə bağlı işlər görülməli idi. Bu məqsədlə hasarın çöl – küçə tərəfində dəmir dayaqlar (lesalar) quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, həmin küçə tərəfdə quraşdırılmış dəmir dayaqları (lesalar) söküb apararaq Dərnəgül bazarında tanımadığı şəxsə 300 manata satmışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində yerləşən X1 məxsus, çöl-küçə tərəfdə quraşdırılmış dəmir dayaqları (lesalar) talamaqla 450-500 manat məbləğində zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı İman İmranovun 26 yanvar 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs Şüvəlan qəsəbəsində yerləşən X1 məxsus, çöl-küçə tərəfdə quraşdırılmış dəmir dayaqları (lesalar) talamaqla 450-500 manat məbləğində zərər vurmuşdur. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 26 yanvar 2023-cü il tarixdən saat 18:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar