Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-365/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə xx.xx.1978-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən 2-ci tərəf, yəni Şəxs 1-ci tərəfə, yəni "xxxx" MMC-yə 20000 (iyirmi min) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında ödəmənin aparılması aşağıdakı qaydada həyata keçirilir: 2-ci tərəf 1-ci tərəfə 10000(on min) manatı nəğd şəkildə, yerdə qalan məbləği isə barışıq sazişi imzalandığı andan etibarən növbəti ayın eynf günündə, ilk dəfə 4000 (dörd min) manat, növbəti aylarda isə 3000 (üç min) manat olmaqla ödəyir. Şəxs xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. 27 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə bildirdi ki, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmış, axtarışda olmuş, bu gün Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. 27 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borclu Şəxs bildirdi ki, "xxxx" MMC-nin rəhbərini şəxsən tanıyır, münasibəti yaxşıdır. Onunla aralarında qarşılıqlı razılaşma olmuşdur. Lakin hazırda o, "xxxx" MMC-nin rəhbəri ilə əlaqə saxlaya bilmir. Borcun ödənilməsindən yayınmır. Vaxt verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs və icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012ci il tarixli icra vərəqəsindən görünür ki, 2-ci tərəf, yəni Şəxs 1-ci tərəfə, yəni "xxxx" MMCyə 20000 (iyirmi min) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında ödəmənin aparılması aşağıdakı qaydada həyata keçirilir: 2-ci tərəf 1-ci tərəfə 10000(on min) manatı nəğd şəkildə, yerdə qalan məbləği isə barışıq sazişi imzalandığı andan etibarən növbəti ayın eynf günündə, ilk dəfə 4000 (dörd min) manat, növbəti aylarda isə 3000 (üç min) manat olmaqla ödəyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməmişdir. Borcun ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1978-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-365/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-365/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver