Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-365/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X16 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 13 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində zərər çəkmiş şəxsə məxsus fərdi yaşayış evində ona məxsus evin pəncərəsinə daş atmaqla pəncərəni qırmış, həmçinin atılmış daşlar zərər çəkmiş şəxsə dəymiş və nəticədə ona xəsarət yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X16 qeyd etmişdir ki, 13 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Şəxs zərər çəkmiş şəxs X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olmuşdur.Daha sonra o, evə daxil olmağa cəhd etmiş və bu səbəbdən həyətdə olan daş parçasını evin pəncərəsinə ataraq onu sındırmışdır. Daha sonra o, növbəti dəfə daş parçasını pəncərəyə atmış və bu dəfə həmin daş parçası zərər çəkmiş şəxsin alt dodağına dəymiş, nəticə də A.Qasımova dərəcəsi təyin edilməyən xəsarət almışdır. Zərər çəkmiş şəxs hadisə ilə əlaqədar AR DİN-in “102” zəng xidmətinə zəng edərək müraciət etmiş və həmin müraciət aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Hüseyn Məmmədovun 26 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, zərər çəkmiş şəxs ilə AXCP-nin partiya tədbirlərinin birində tanış olduğunu və bir müddət onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşdur. Hazırda “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Şəxs ona istinad edilən inzibati xətaları törətmədiyini, ümumiyyətlə hadisə baş verən gün orada olmadığını, zərər çəkmiş şəxs tərəfindən ona böhtan atıldığını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddətdir ki, onu narahat edir. Hadisə baş verən gün, yəni 13 yanvar 2024-cü il tarixdə, saat 00:30 radələrində Şəxs onun yaşadığı evin hasarını aşaraq evin həyətinə daxil olmuş və evin pəncərəsinə iki dəfə dalbadal daş atmışdır. İlk atdığı daş onun evinin pəncərəsini qırmış, ikinci daş isə alt dodağına dəymiş və nəticədə ona xəsarət yetirilmişdir. Zərər çəkmiş şəxs mobil telefon vasitəsi ilə baş verənləri çəkmişdir. Bundan sonra o, AR DİN-in “102” zəng xidmətinə zəng edərək müraciət etmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində izahatı alınmış X6 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 13 yanvar 2024-cü il tarixdə zərər çəkmiş şəxs X7 onu və digər şahid X8 evinə dəvət etmiş və onları Hövsan qəsəbəsindən öz avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Gecə təxmini saat 00:30 radələrində Şəxs onun yaşadığı evin hasarını aşaraq evin həyətinə daxil olmuş və evin pəncərəsinə daş atmışdır. Daşlardan biri evin pəncərəsini qırmiş, digır daş isə zərər çəkmiş şəxsin alt dodağına dəyərək ona xəsarət yetirmişdir. Verilmiş suallara cavab olaraq X6 qeyd etmişdir ki, o, hadisə baş verərkən Şəxs görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində izahatı alınmış X12 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 13 yanvar 2024-cü il tarixdə zərər çəkmiş şəxs X7 onu və digər şahid X3 evinə dəvət etmiş və onları Hövsan qəsəbəsindən öz avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Gecə təxmini saat 00:30 radələrində Şəxs onun yaşadığı evin hasarını aşaraq evin həyətinə daxil olmuş və evin pəncərəsinə daş atmışdır. Daşlardan biri evin pəncərəsini qırmiş, digır daş isə zərər çəkmiş şəxsin alt dodağına dəyərək ona xəsarət yetirmişdir. Verilmiş suallara cavab olaraq X7 qeyd etmişdir ki, o, hadisə baş verərkən Şəxs görmədiyini, amma səsindən həmin şəxsin Şəxs olduğunu müəyyən etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı iş materiallarında olan DVD diskdə olan videogörüntülərə baxış zamanı həmin videogörüntülərdə qırmızı rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı görünməyən avtomobilin Aytən Qasımovanın yaşadığı evin qarşısında saxlayaraq sürücünün avtomobildən düşməsi, daha sonra evin darvazasının üstünə çıxaraq evə daxil olmağa cəhd etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan DVD diskdə olan videogörüntülərə baxış zamanı həmin videogörüntülərdə bir nəfər şəxsin Aytən Qasımovanın yaşadığı evin şüşəbəndinə daxil olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlar və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati tənbeh tədbirlərinin görülməsi Xəzər RPİ 1-ci Polis Şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 34 saylı rəyindən görünür ki, X2 bədənində aşkar olunmuş xəsarətlər – alt dodağın səthi əzilmiş yarası və qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. X1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterləri və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 13 yanvar 2024- cü il tarixdə saat 00:30 radələrində zərər çəkmiş şəxs X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq daxil olmuşdur. Daha sonra o, evə daxil olmağa cəhd etmiş və bu səbəbdən həyətdə olan daş parçasını evin pəncərəsinə ataraq onu sındırmışdır. Daha sonra o, növbəti dəfə daş parçasını pəncərəyə atmış və bu dəfə həmin daş parçası zərər çəkmiş şəxsin alt dodağına dəymiş, nəticə də A.Qasımova dərəcəsi təyin edilməyən xəsarət almışdır. Zərər çəkmiş şəxs hadisə ilə əlaqədar AR DİN-in “102” zəng xidmətinə zəng edərək müraciət etmiş və həmin müraciət aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Hüseyn Məmmədovun 26 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd edilən hallar məhkəmə iclasında şahidlərin izahatlarında da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1 -ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1 -ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1 -ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1 -ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinməli və ona 157-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx xxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 X4 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-365/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-365/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver