Məhkəmə qərarları › İş №3(003)-367/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-367/2023

28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-367/2023 28.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 30 aprel 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 28 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs 2023-cü ilin yanvar ayının əvvəlində Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə, küçədə olan X3 məxsus “KAMAZ” markalı avtomaşından oğurluq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyevin tərəfindən 27 yanvar 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X4 onun qohumudur. Pula ehtiyacı olduğuna görə 2023-cü ilin yanvar ayının əvvəlində Türkan qəsəbəsi, yeni sahədə İ.A.Novruzova məxsus “KAMAZ” markalı avtomaşından radiatoru oğurlamışdır. Həmin radiatoru Qala kəndində yerləşən metal qəbulu məntəqəsinə 100 manata sataraq əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. O, bu gün saat 09:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 2023-cü ilin yanvar ayının əvvəlində Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə, küçədə olan X3 məxsus “KAMAZ” markalı avtomaşından radiatoru talamaqla 500 manat məbləğində zərər vurmuşdur. İş materiallarına əlavə olunmuş X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona məxsus “KAMAZ” markalı avtomaşının ehtiyyat hissələrinin oğurlanması ilə bağlı ona 500 manata qədər maddi zərər dəymişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 4-5 ilə yaxındır ki, metal qəbulu məntəqəsini işlədir. Təxminən 15-20 gün əvvəl tanımadığı şəxs ona “KAMAZ” markalı avtomaşının radiatorunu gətirmiş və o, həmin radiatoru 100 manata almışdır. Radiatoru gətirən şəxsin üstündə heç bir sənəd olmamış və o, həmin radiatoru özünə məxsus avtomobildən çıxardığını bildirmişdir. Həmin radiatoru o, 2-3 gün sonra zavoda təhvil vermişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyevin 27 yanvar 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 2023-cü ilin yanvar ayının əvvəlində Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə, küçədə olan X3 məxsus “KAMAZ” markalı avtomaşından radiatoru talamaqla 500 manat məbləğində zərər vurmuşdur. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə saat 09:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 28 yanvar 2023-cü il tarixdən saat 09:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar