Məhkəmə qərarları › İş №3(003)-368/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-368/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-368/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 19 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, himayəsində 2 uşağı olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68, mənzil 11-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2B, mənzil 67-də yaşayan X1 barəsində Azərbaycan Respublikası DİN-nin NBPİ X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 mart 2022-ci il tarixli protokola əsasən X2 04 mart 2022-ci il tarixdə H.X6 Limanı Terminal 1-də gömrük xidməti əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin avqust ayında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O, xx.xx.2021-ci il tarixdə İstanbul-Bakı reysi ilə Bakıya gəlmişdir. H.X6 limanında baqajını götürərkən qırmızı lent olduğunu görmüşdür. Yaşıl kanala çatanda Orxan adlıgömrük əməkdaşı onun qırmızı kanaldan keçməsini tələb etmişdir. Orada gömrük əməkdaşları ona yük baqajını monitordan keçirməsini bir neçə dəfə bildirmişlər. Əsəbi və yorğun olduğuna görə o, bundan imtina etmiş və Orxan Nuriyevin üzərinə hücum etmişdir. Digər gömrük əməkdaşı onu arxadan tutub saxlamış və o, söyüş söymək istəyəndə həmin əməkdaş onun ağzını tutaraq kənara çəkmişdir. Bundan sonra onu xidməti baxış otağına aparmışlar. O isə otaqdan qaçıb təkrarən Orxan Nuriyevə hücum etmək istəmiş, lakin orada olan gömrük əməkdaşları bunun qarşısını almışalr və həmin zaman polis əməkdaşları da oraya gəlmişlər. Orxan Nuriyevlə mübahisə və ona hücum edərkən orada olan digər sərnişinlərin diqqətini cəlb etmişdir. O, bu gün saat 11:00 radələrində Hava NPİnə gəlmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X3 göstərdi ki, X2 xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı reysi ilə gəlmiş və baqajında qırmızı lent olduğuna görə yaşıl kanala çatanda onun qırmızı kanaldan keçməsini tələb etmişdir. Gömrük əməkdaşları S.Cəfərovdan bir neçə dəfə yük baqajını monitordan keçirməsini tələb etmiş, lakin S.Ə.Cəfərov bundan imtina etmiş və mübahisə etməyə başlamışdır. Bundan sonra S.Cəfərov onun üzərinə hücum etmişdir. Mahir adlı digər gömrük əməkdaşı S.Cəfərovu arxadan tutub saxlamış və o, söyüş söymək istəyəndə Mahir onun ağzını tutaraq kənara çəkmişdir. Bundan sonra S.Cəfərov xidməti baxış otağına aparılmışdır. Lakin S.Cəfərov otaqdan qaçıb təkrarən ona hücum etmək istəmişdir. Lakin Mahir bunun qarşısını almış və həmin zaman polis əməkdaşları da oraya gəlmişlər. Öz əməlləri ilə S.Cəfərov orada olan digər sərnişinlərin diqqətini cəlb etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, S.Ə.Cəfərovun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, S.Ə.Cəfərov 04 mart 2022-ci il tarixdə H.X6 Limanı Terminal 1-də gömrük xidməti əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində İstanbul-Bakı reysi ilə uçub gələn vətəndaş X2 gömrük əməkdaşları tərəfindən ona verilmiş qanuni göstərişlərə əhəmiyyət verməmiş, gömrük əməkdaşlarını sərnişinlərin və hava limanının ərazisində xidmət göstərən digər şəxslərin yanında uca səslə nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozmuş, gömrük əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. İş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən olundu ki, İstanbul-Bakı reysi ilə uçub gələn S.Ə.Cəfərov H.X6 limanı Terminal 1-in gəliş zalında gömrük zonasında özünü qeyri adekvat apardığı üçün Hava NPİ-nin inspektoruna təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 04:44-dən 04:48-dək baş vermiş hadisəsinin əks olunduğu 2 ədəd qovluq vardır.Həmin qovluqlarda əks olunmuş videogörüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:44-dən 04:48-dək X5 hava limanında Terminal 1 gəliş zalında gömrük zonasında gömrük xidməti əmkdaşları ilə mübahisə edərək onlara qarşı kobudluq etmişdir.Lakin həmin videogörüntü səssiz formada olduğu üçün həmin şəxsin gömrük xidməti əməkdaşlarına və gömrük xidməti əməkdaşlarının S.Cəfərova hansı ifadələri işlətdiklərini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq S.Cəfərovun sərt və aqressiv şəkildə gömrük xidməti əməkdaşlarının üzərinə gəlməsi, əlqol hərəkətləri ilə onlara nəyisə sübut etməyə çalışması, bu prosesin təxminən 4 dəqiqə davam etməsi və bununla da hava limanında gömrük xidməti əməkdaşlarının iş rejiminə maneçilik törətməsi əks olunur. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə H.X6 limanında Terminal 1-də gömrük əməkdaşları ilə mübahisə etmişdir. İş materiallarında olan MN № ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə H.X6 limanında Terminal 1-də gömrük əməkdaşları ilə mübahisə etmiş, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə S.Ə.Cəfərovun məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə S.Ə.Cəfərovun 01 il ərzində eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Cəza təyin edərkən məhkəmə X1 şəxsiyyətini, törətdiyi əməli, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, S.Ə.Cəfərov 09 mart 2022-ci il tarixdə saat 11:00 radələrində X4 İdarəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 09 mart 2021-ci il tarixdən saat 11:00-dan hesab edilsin. Qərarın icrası X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimƏkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar