Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-368/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, 29 yanvar 2023-cü il tarixdə saat 21 Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi Xəzər RPİ DYPŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Xəzər RPİ 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 29 yanvar 2023cü il tarixdə saat 21:00 radələrində Chevrolet markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıqforun qırmızı işığında surətlə hərəkət etmişdir. DYPN-nin əməkdaşları onun arxasınca hərəkət etmişlər və saxla əmri vermişlər. Sürücü idarə etdiyi avtomaşını saxlamış və həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə olmadan idarə etmişdir. Şəxs nəqliyyat vasitəsini idarə edə bilməyəcəyi bildirilsə də o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Daha sonra 6352 saylı çağırışlı avtopatrul əməkdaşlarının köməyi ilə Şəxs Xəzər RPİ 3-cü PŞ-nə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı qismən etiraf edərək, polis əməkdaşının onu təhqir etdiyinə görə ona qarşı nalayiq ifadələr işlətdiyini, söyüş söydüyünü, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X7 yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirdi ki, 29 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Chevrolet markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıqforun qırmızı işığında surətlə hərəkət etmişdir. DYPN-nin əməkdaşları onun arxasınca hərəkət etmişlər və saxla əmri vermişlər. Sürücü idarə etdiyi avtomaşını saxlamış və həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə olmadan idarə etmişdir. Şəxs nəqliyyat vasitəsini idarə edə bilməyəcəyi bildirilsə də o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək söyüş söymüş və onları təhqir etmişdir, onlar qarşı tabesizlik göstərmişdir. Daha sonra 6352 saylı çağırışlı avtopatrul əməkdaşlarının köməyi ilə Şəxs Xəzər RPİ 3-cü PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid kimi Xəzər rayon Polis İdarəsinin Dövlət X7 yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 da şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixli AZA 011978 tutma haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2023-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdə saat 21:30-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1997-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdə saat 21:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-368/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-368/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver