Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-369/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə Şəxs xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2015 saylı, 16 iyul 2015-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2015 saylı, 16 iyul 2015-ci il tarixli icra sənədinə əsasən X2, X3, X1 və Şəxs birgə qaydada cəmi 21980 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq «X5 Bankı» ASC-nə ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 12 avqust 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Lakin borclu Şəxs tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə yalnız Baladdin Abbasov tərəfindən ödəniş olunmuş və hazırda icra sənədi üzrə 19730 ABŞ dolları əsas borc və 30 manat dövlət rüsumu ödənilməmişdir. Çağırışlara gəlmədiyindən barəsində axtarış elan olunmuş və bugün şöbəyə özü gəlmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X9 borclu Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, əsas borclu evini sataraq banka olan borcunu ödəyəcəyini bildirsə də, hal-hazıradək ödəməmişdir. O, yalnız zamin durmuş və bankdan kredit götürməmişdir. Himayəsində iki azyaşlı qız uşağı vardır ki, onlardan biri şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Buna görə 300 manat pensiya alır və həmin pensiya hesabına dolanırlar. Uşaqlarına baxan olmadığından özü heç bir yerdə işləmir və maddi cəhətdən gəlirləri yoxdur. Ona görə də, banka ödəniş edə bilmir. Onun isə pensiyadan başqa gəlir yeri yoxdur. Bundan başqa o, icra məmurunun bütün çağırışlarına gəlmiş, heç vaxt çağırışlardan yayınmamışdır. Bugün də, icra məmurunun dəvəti ilə özü icra şöbəsinə gəlmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 2924/2015 saylı, 16 iyul 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, X2, X3, X1 və Şəxs birgə qaydada cəmi 21980 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutularaq «X5 Bankı» ASC-nə ödənilməlidir. Məhkəmə hesab edir ki, Şəxs heç bir yerdə işləmədiyindən, pensiya ilə uşaqlarını saxladığından, maddi cəhətdən imkanı olmadığından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2015 saylı, 16 iyul 2015-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-369/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-369/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver