Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-369/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 yanvar 1988-ci il tarixdə Şəmkir rayonu, Çinarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5530/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 17600 ABŞ dolları məbləğində əsas borc, 2094,12 ABŞ dolları faiz borcu, 91 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19785,12 ABŞ dolları məbləğində borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumu "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Digər icra sənədi olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-986/2022 saylı, 17 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1390 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə qərar və bildiriş, eyni zamanda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Hazırda onun icra vərəqələri üzrə borcu 8500 ABŞ dolları və 1390 manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Həmçinin onun barəsində axtarış elan edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5530/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı "xxxx" (Azərbaycan) ASC-yə olan borcu müqabilində ipoteka predmeti olan avtomobili satılaraq, həmin borcun ödənilməsinə yönəldilmişdir. Digər icra sənədinin icrası ilə bağlı isə 210 manat məbləğində ödəniş etmişdir. Qalan borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5530/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 17600 ABŞ dolları məbləğində əsas borc, 2094,12 ABŞ dolları faiz borcu, 91 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19785,12 ABŞ dolları məbləğində borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumu "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Şəxs mülkiyyətində olan “KİA Sportage” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs məxsus “KİA Sportage” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil 19200 manata qalib alıcı X5 əldə etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" (Azərbaycan) ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 365 saylı mıəktubdan görünür ki, şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5530/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Şəxs qalıq borcu 8500 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 986/2022 saylı, 17 mart 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 1390 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. İş materialında əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-986/2022-015 saylı, 17 mart 2022-ci il tarixli icra sənədi üzrə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adında övladları vardır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədləri üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru Ş.Neymətzadə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, məhkəmə şəxsin əməlini səmimi olaraq etiraf etməsini, icra sənədi üzrə borcunu ödəmək niyyətində olmasını, həmçinin himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq belə qənaətə gəlir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə edilməməsini məqəsədmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 10 yanvar 1988-ci il tarixdə Şəmkir rayonu, Çinarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-369/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-369/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver