Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-37/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1981-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış yerində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 19 oktyabr 2022-ci il tarixdə təxminən 09 radələrində idarə etdiyi “Azsamand” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi sovxoz istiqamətindən Binə körpüsü istiqamətinə doğru Ə.İsazadə küçəsi ilə hərəkət edib “Araz” marketin qarşısında yerləşən işıqforun qırmızı işığında hərəkətini davam etdirərək piyada keçidi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “Azsamand” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsində olan “Araz” marketin qarşısında yerləşən işıqforun qırmızı işığında piyada keçidi ilə yolu keçərkən onu vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Sürücü dərhal onu xəstaxanaya aparmış, orada həkim onu müayinə etdikdən sonra dərman və maz yazılmışdır. Şəxs həmin dərman və mazı aldıqdan sonra onları evlərinə aparmışdır. Daha sonra onunla maraqlanmamış, telefonlarına cavab verməmişdir. O, işini itirdiyi üçün ona 1000 manat zərər dəymiş, həmçinin, universitetə gedə bilmədiyi üçün ona qayıb yazılmışdır. Hazırda həmin avtomobilin sürücüsü Şəxs ilə barışmamışdır, çünki Şəxs hadisədən sonra onun səhhəti ilə maraqlanmamış, heç bir maddi yardım göstərməmişdir. Şəxs şikayətçidir və onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “Azsamand” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsində yerləşən işıqforun qırmızı işığında hərəkətini davam etdirərək piyada keçidi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs görmədiyi üçün vurmuş və dərhal avtomobili saxlayaraq xəstaxanaya aparmışdır. Orada onu müayinə etdikdən sonra ciddi bir xəsarətin olmadığını dedikdən sonra onu evlərinə aparmışdır. Səhəri gün həmin xanımı yenidən başqa bir xəstəxanaya və sonra sınıqçıyada aparmış, orada da xanımın ayağında sınıq və çatın olmadığını bildirmişlər. Bir neçə günlük yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün Masallı rayonuna getmiş və orada olarkən Sevda xanımın anası zəng edərək qızının ayağına sarğı almaq lazım olduğunu bildirmiş, O da rayonda olduğundan sarğının özlərinin almasını deyərək gələndən sonra pulunu verəcəyini bildirsə də anasının onunla kobud danışaraq ondan şikayət edəcəklərini dedikdən sonra Sevda xanımın bütün xəstəxana xərclərinin onun tərəfindən ödənilməsini bildirmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 29 oktyabr 2022-ci il tarixli, 1499 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, bağlarının zədələnməsi və hemortrozu küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X3” X2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 oktyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 noyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə təxminən 09 radələrində idarə etdiyi “Azsamand” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi sovxoz istiqamətindən Binə körpüsü istiqamətinə doğru Ə.İsazadə küçəsi ilə hərəkət edib “Araz” marketin qarşısında yerləşən işıqforun qırmızı işığında hərəkətini davam etdirərək piyada keçidi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-37/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-37/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver