Məhkəmə qərarları › İş №3(003)-370/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-370/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-370/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin təmsilçisi (direktoru) olduğu "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəməsi barədə MN ******* №-li, 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin həmin protokola münasibət bildirən Bakı şəhəri Nəsimi rayon Məhkəməsi 04 fevral 2021-ci il tarixli, 3(006)-121/2021 nömrəli qərarı ilə "xxxx" MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə etmişdir. Həmin məhkəmə qərarından verilmiş şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkləməsinin 3(103)-968/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qərar yenə də, mübahisələndirilir. Mübahisəyə ən əsas predmet mübahisənin məhkəmə aidiyyətinin düzgün olmamasıdır. Belə ki, nə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin ünvanı: Salatın Əsgərova, 85 Bakı, Yasamal, AZ1009) nədə ki, "xxxx" MMC-nin hüquqi ünvanı (Şüvəlan ŞTQ, ev 921K Xəzər rayonu Bakı) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ərazi aidiyyətinə daxil deyildir. Bu isə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin özünün ərazi aidiyyətinə aid olmayan bir mübahisəyə baxmasının qanunla yol verlməz olması və ciddi prosessual qanun pozuntusu deməkdir. Əfsuslar olsun ki, iki instansiya məhkəməsinin hakimi bu qanun pozuntusunu görə bilməyib və yaxud da görmək istəməmişdir. Onun hazırkı mübahisələndirdiyi qərar isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin "xxxx" MMC-nin barəsində qəbul etdiyi MN ******* nömrəli 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında "xxxx"MMC-nin direktoru olduğu üçün onun da, barəsində qəbul etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan ”inzibati xətanı” törətdiyi üçün inzibati tənbeh barədə 18 dekabr 2020-ci il tarixli qərarıdır. Ona və direktoru olduğu "xxxx"MMC-nə tətbiq olunan tənbeh qərarları bir inzibati xətaya görə tətbiq edilmişdir. Bu isə tamamilə qanunsuzluqdur. Belə ki, bir inzibati xəta hadisəsinə görə həm hüquqi şəxsi, həm də onun direktorunu cərimə növündə cəzalandırmaq qanuni hal sayıla bilməz və bu yuxarıda göstərilən qanunverici normalar baxımından da, təsdiq olunur. Təmsil etdiyi "xxxx"MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsindən sonra həmin inzibati xətaya görə bu cəmiyyətin direktoru olduğu üçün onun da, 4500 (dörd min beş yüz) manat cərimə olunmağı hesab edir ki, yuxarıda qeyd etdiyi qanunvericiliyin müvafiq tələbinə ziddir və hətta analoji hallar baxımından da, bu yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X11 şikayəti qəbul etməyərək göstərdi ki, keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsi, 141-ci məhəllədə 12 noyabr 2020-ci il tarixdə, saat 14:23-də X8 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Bununla bağlı "xxxx"MMC-nin barəsində MN seriyalı ******* nömrəli, 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və "xxxx"MMC Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilmişdir. Bundan başqa X7 "xxxx" MMC-nin direktoru olduğundan onun barəsində MN seriyalı ******* nömrəli, 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və X2 Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin rəis müavini X5 MN seriyalı ******* nömrəli, 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə edilmişdir. Qərarın qanuni, şikayətin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 968/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-121/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-968/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-121/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş X12 Xidməti Bakı şəhər idarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsi, 141-ci məhəllədə 12 noyabr 2020-ci il tarixdə, saat 14:23-də X8 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunduğundan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsi, 141-ci məhəllədə 12 noyabr 2020-ci il tarixdə, saat 14:23-də X8 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunduğundan "xxxx" MMC-nin barəsində MN seriyalı ******* nömrəli, 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(006)-121/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 968/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-121/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan əmələ görə həmçinin "xxxx" MMC-nin direktoru X3 barəsində MN seriyalı ******* nömrəli, 09 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və X2 Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin rəis müavini X5 MN seriyalı ******* nömrəli, 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə edilmişdir. X7 şikayətində bir inzibati xətaya görə həm direktoru olduğu "xxxx"MMC-nin, həm də, özünün barəsində tənbeh tədbiri tətbiq edilməsinin tamamilə qanunsuz olduğunu bildirsə də, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Göründüyü kimi X3 şikayətində qeyd etdiyi dəlil tamamilə əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Bundan başqa X3 MN seriyalı ******* nömrəli, 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nəsimi rayon Məhkəməsində 04 fevral 2021-ci il tarixdə qərar qəbul edilərkən məlumatı olmuş, lakin şikayət 10 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 18 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar