Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-370/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Əbil Nəzərlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 yanvar 1974-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də işləyən, Xəzər rayonu Xaşaxuna bağları ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 13 fevral 2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Əbil Nəzərli tərəfindən 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru Əbil Nəzərli tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 07:20 radələrində 238 saylı avtopatrulda xidmətdə olarkən Xaşaxuna istiqamətində “VAZ 2107” markalı avtomobil qayda pozuntusu etmişdir. Dövlət qeydiyyat nişanı ** LD *** olan nəqliyyat vasitəsini saxlamış, yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusu barədə məlumat verilmişdir. Daha sonra sürücü yol polisi ilə təhqiramiz ifadələr işlədərək danışmağa başlamışdır. Daha sonra isə avtomobilinə əyləşib uzaqlaşmaq istəmişdir. Daha sonra yol polisi onu saxlamaq istədikdə o ona güc tətbiq edərək polisi yolun hərəkət istiqamətinə itələmişdir. Daha sonra digər polis əməkdaşlarının köməyilə şəxs polis şöbəsinə gətirilmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə magistral yolda əks istiqamətli hərəkət zolağına çıxmışdır. Dövlət yol polisi onu saxlamışdır. Qayda pozuntusunu izah etmiş və 40 manat cəriməsi olduğunu bildirmişdir. O, polisdən cəriməni yazmamasını xahiş etmiş, yol polisi isə yazmalı olduğunu bildirmişdir. Beləliklə aralarında mübahisə yaranmış və o, polis əməkdaşını nalayiq ifadələrlə təhqir etmişdir. Etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru Asim İsgəndərov bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 07:20 radələrində 238 saylı avtopatrulda xidmətdə olarkən Xaşaxuna istiqamətində “VAZ 2107” markalı avtomobil qayda pozuntusu etmişdir. Dövlət qeydiyyat nişanı ** LD *** olan nəqliyyat vasitəsini saxlamış, yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusu barədə məlumat verilmişdir. Daha sonra sürücü yol polisi ilə təhqiramiz ifadələr işlədərək danışmağa başlamışdır. Daha sonra isə avtomobilinə əyləşib uzaqlaşmaq istəmişdir. Daha sonra yol polisi onu saxlamaq istədikdə o ona güc tətbiq edərək polisi yolun hərəkət istiqamətinə itələmişdir. Daha sonra digər polis əməkdaşlarının köməyilə şəxs polis şöbəsinə gətirilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidin ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə məsuiyyəti yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-370/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-370/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver