Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-371/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X2 Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək barəsində Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, 14 fevral 2022-ci il tarixdə, saat 09:39-da idarə etdiyi “Opel Astra” minik markalı, **-ZY-*** dövlət nömrə nişanlı avtomobillə K.Səfərəliyeva küçəsindən Dilarə Əliyeva küçəsinə dönərkən “Stop” nişanının tələbinə əməl edərək avtomobili saxlamış, həmçinin piyadaya yol vermişdir. Yol boş olanda hərəkətini davam etdirərək Dilarə Əliyeva küçəsinə dönərkən hərəkət üstünlüyünə malik olan ağ rəngli “Ford Transit” markalı ona siqnal vermişdir. O, dönmə əməliyyatını edərkən həmin avtomobili görməmişdir, görsəydi hərəkətə başlamazdı. O, heç bir pozuntuya yol vermədiyi halda barəsində 15 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin qayda pozuntusu YPX əməkdaşlarının avtomobilində qeydə alınmışdır. Bununla bağlı Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq göndərilməmişdir, o, hadisədən 1 həftə, 10 gün sonra qərarı portalda görmüş və məhkəməyə şikayət etmişdir. Ona görə də, qərardan 10 günlük şikayət vermə müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən şikayətçinin iştirakı ilə təqdim olunmuş 1 ədəd DVD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, X4 “Opel Astra” minik markalı, **-ZY-*** dövlət nömrə nişanlı avtomobili “Stop” nişanı olan yerdə saxlamışdır. Avtomobili hərəkət etdirib sağa dönmə əməliyyatını yerinə yetirmək istəyərkən “Ford Transit” markalı avtomobilə yol verməmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Opel Astra” minik markalı, **-ZY-*** dövlət nömrə nişanlı avtomobili 14 fevral 2022-ci il tarixdə, saat 09:39-da K.Səfərəliyeva küçəsi və Dilarə Əliyeva küçəsi ilə idarə edərkən yolayrıcını keçmə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin 11-ci bəndinə əsasən, yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 65-ci maddəsinin 1-ci bəndinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də, piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Həmin Maddənin 3-cü bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Məhkəmə hesab edir ki, X4 “Opel Astra” minik markalı, **-ZY-*** dövlət nömrə nişanlı avtomobili 14 fevral 2022-ci il tarixdə, saat 09:39-da K.Səfərəliyeva küçəsi və Dilarə Əliyeva küçəsi ilə idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Qeyd olunan pozuntu YPX avtomobilində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış videogörüntüdə öz əksini tapmışdır. Həmin videogörüntüyə məhkəmədə şikayətçinin iştirakı ilə keçirilmiş baxış zamanı da, X2 qeyd olunan pozuntunu törətməsi öz əksini tapmışdır. Buna görə də, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti 04 mart 2022-ci il tarixdə tərtib edərək həmin qərardan şikayəti məhkəməyə təqdim etmiş və şikayət 10 mart 2022-ci il tarixdə məhkəmədə qeydə alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli 25 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-371/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-371/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver