Məhkəmə qərarları › İş №3(003)-371/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-371/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-371/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, təqdim olunmuş material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, ilk öncə qeyd olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 3104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinə geri qaytarılması qərara alınmışdır. Həmin qərardada əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda inzibati xətanın törədildiyi yer və inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilib-yetirilməməsi barədə qeydlər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bu baxımdan inzibati tənbeh haqqında protokolda inzibati xətanın törədildiyi yerin göstərilməsi işə baxılması ilə əlaqədar əhəmiyyət kəsb edən hallardan ibarətdir. Həmçinin qeyd olunmuşdur ki, inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilib-yetirilməməsi məsələsi isə inzibati xətanı törətmiş şəxsin əməlinin düzgün tövsif edilməsi məsələsinə qiymət verilməsi üçün zəruri olan haldan ibarətdir. Hazırda isə həmin protokola hər hansı bir düzəliş edilmədən, eyni material baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərdən əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 məxsus nəqliyyat vasitəsini (VAZ 21074 markalı, ** ST *** dövlət qeydiyyat nişanlı) Şəxs tərəfindən qaçırılmışdır. Protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayev tərəfindən qəbul edilmiş qərarların surətlərindən görünür ki, X1 ona məxsus VAZ 21074 markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsinə görə ittiham elan edilməsi qərara alınmışdır. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 111.3-cü maddəsin əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Hazırda isə inzibati xətanı törətmiş şəxs məhkəməyə təqdim olunmadan, barəsində tərtib edilmiş protokol məhkəməyə göndərilərək baxılması xahiş olunmuşdur. Bu halda isə inzibati xətanı törətmiş şəxs olmadan inzibati xəta haqqında materiala baxılması mümkün deyil. Qeyd olunanlara əsasən hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində tərtib edilmiş protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrinirəhbərtutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar