Məhkəmə qərarları › İş №3(003)-371/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-371/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-371/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs MMC-yə məxsus *7.*2.2*25-ci il tarixində Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə yerləşən istixanada yanğın-texniki müayinə aparılmış və müəyyən edilmişdir ki, obyektə yanğın təhlükəsizlik qaydalarına ümumiyyətlə riayət olunmamışdır. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etməmiş, məhkəmə, işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -MN seriyalı ******* nömrəli, *7.*2.2*25-ci il tarixli protokoldan görünür ki, *7.*2.2*25ci il tarixində ünvan 1 ünvanında yerləşən pomidor istehsalı istixanasında planlı YTM keçirilən zaman X1 6.1, 9.3 və 1*.4-cü tələblərinin pozulması müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -MN 1273*5* nömrəli, 16.*1.2*24-cü il tarixli protokoldan görünür ki, 16.*1.2*24-cü il tarixində Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə yerləşən istixanada planlı YTM keçirilən zaman yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -*7.*2.2*25-ci il tarixli, **431 nömrəli yanğın-texniki müayinə aktın surətindən görünür ki, "xxxx" MMC-yə məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə ünvanında müayinə aparılmış və aparılmış müayinə zamanı obyektdə elektrik qurğuların normativ tələblərə uyğun quraşdırılmadığı, avtomatik yanğın xəbərverici siqnalizasiyanın quraşdırılmadığı, obyektdə təxliyə yolları sərbəst buraxılmamış, elektrik qurğuları normativ tələblərə uyğun quraşdırılmamış, yanğın su hovuzu inşa edilməmiş və avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasaz vəziyyətdə olması müəyyən edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs MMC-yə məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən pomidor istehsalı istixanasında yanğın təhlükəsizliyi qaydalarının bir sıra tələbləri pozulmuşdur. Bununla da "xxxx" MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və ona 518.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 4*, 43, 48-51, 114, 128-13*-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 35* (üç yüz əlli ) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar