Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-372/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.Sultanova küçəsi dalan 2 ev 22 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsbarəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı **-LJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində 50-60 km/s sürətlə hərəkətdə olduğu zaman Qala-Bakı yolunda olan qovşağa girərkən Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ-2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı **-LJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində 50-60 km/s sürətlə hərəkətdə olduğu zaman Qala- Bakı yolunda olan qovşağa girərkən Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ- 2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ-2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci9 il tarixli, 181 saylı rəyindəgörünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – tənəffüsün və nəfəs alıb-vermə aktının çətinləşməsi ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmişcinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı **-LJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində 50-60 km/s sürətlə hərəkətdə olduğu zaman Qala- Bakı yolunda olan qovşağa girərkən Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ- 2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ-2107” markalı **-XJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğuiş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114cümaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-cimaddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-372/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-372/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver