Məhkəmə qərarları › İş №3(003)-372/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-372/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-372/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxx 1958-ci ildə Mərəzə rayonu Cəmcəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə №-9/6 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 1-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə №-9/6 ünvanında gəlini X5 mübahisə zəminində döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər RPİ 1-ci PŞnin sahə rəisi, polis mayoru X3 protokolların məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, X7 onun oğlu X6 arvadıdır. Təxminən on bir əvvəl Elnarə onun oğlu ilə ailə qurub onun evinə köçdükdən sonra narazılıqlar başlamış, Elnarə dəfələrlə onunla əsassız olaraq mübahisələr etmiş və ailə vəziyyəti yaxşı olmadığı üçün Vüqarla boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən onunla Elnarə arasında mübahisə yaranmış, lakin o, Elnarəyə xəsarət yetirməmişdir. Əməlindən peşmandır və İİ qrup əlilldir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs onun qaynatasıdır. O, X9 ilə 2009-cu il tarixdə evlənmiş və 2 azyaşlı övladları vardır. Qaynatası İlham onlarla birlikdə yaşayır və mütəmadi olaraq aralarında mübahisələr yaranır. Sonuncu dəfə o, həyətdə olarkən İlham əli ilə onun saçından tutaraq hamamın divarına bir neçə dəfə çırpmışdır. Bütün bunların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan müəyyən olunur ki, X2 xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekzpertizasının xx xxxxxx 2021-ci il tarixli 8 saylı rəyinə əsasən X1 sağ gözaltı nahiyyəsinin, sağ ayağının qançırları, sağ saidin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 5-6 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan müəyyən olunur ki, X2 xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekzpertizasının xx xxxxxx 2021-ci il tarixli 113 saylı rəyinə əsasən X4 alnın hematoması, üst dodağın selikli qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sistemindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcəli əlilliyi vardır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İİ qrup dərəcəli əlilliyi olmasını, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1958-ci ildə Mərəzə rayonu Cəmcəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahə №-9/6 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar