Məhkəmə qərarları › İş №3(003)-372/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-372/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-372/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X2 barəsində Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 07 fevral 2022-ci il tarixli inzibati tənbeh etmə haqqında elektron qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 07 fevral 2022-ci il tarixli inzibati tənbeh etmə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 07 fevral 2022-ci il tarixdə “**-OM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin nasaz olması ilə əlaqədar yol kənarından qıraqda saxlamış və X7 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 (iyirmi) manat məbləğində cərimə edilmiş və bu barədə EQ ******* nömrəli, 07 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərarın qəbul edilməsi tamamilə əsassızdır. Odur ki, ona əsassız olaraq yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qərarından şikayət verilən orqana - Bakı şəhər X7 İdarəsinə və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X7 İdarəsinin nümayəndəsi və X5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsini araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 07 fevral 2022-ci il tarixli inzibati tənbeh etmə haqqında elektron qərardan görünür ki, X1 qəsəbəsi Sergey Yesenin küçəsində dayanma və ya durma qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan foto-şəkillərdən görünür ki, X5 “**-OM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilini “dayanma və durma qadağandır” nişanının təsir dairəsində dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 07 fevral 2022ci il tarixli inzibati tənbeh etmə haqqında elektron qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X7 İdarəsinin EQ ******* nömrəli, 07 fevral 2022-ci il tarixli inzibati tənbeh etmə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar