Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-374/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Hüseyn Zalovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Mayak bağları ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Ford” markalı ** YH *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən qayda pozuntusu etmiş, bu barədə polis əməkdaşları ona bildirərkən o, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qəsdən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Heydər Bağırov tərəfindən 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Hüseyn Zalov tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30-da Binə qəsəbəsində “243” saylı avtopatrulla xidmət apararkən polis əməkdaşları “Ford” markalı ** YH *** qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş, lakin sürücü uzun müddət saxla əmrinə tabe olmamışdır. Avtomobili saxladıqda sərnişin yerində əyləşən Şəxs tərəfindən nalayiq söyüşlər və ictimai yerdə yol polisinin ünvanına dəfələrlə təhqir və söyüş ifadə edilmişdir. Şəxs dəfələrlə onların iradlarına qulaq asmayaraq avtomobildə sərxoş halda əyləşib uzaqlaşmaq istədi və polis əmədkaşına təzyiq göstərərək dəfələrlə itələmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməli etiraf edərək məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30-da Binə qəsəbəsində “243” saylı avtopatrul onun qardaşının idarə etdiyi avtomobilə saxla əmri vermişdir. Onunla polis əməkdaşları arasında anlaşılmazlıq olmuşdur. Buna səbəb isə onun sərxoş olması olmuşdur. O, avtomobili idarə etməmişdir. Sadəcə olaraq sərnişin kimi qardaşı Rüstəmin yanında əyləşmişdir. Etdiyi əməldən çox peşmandır. Polis əməkdaşlarından üzr istəmişdir. Gələcəkdə belə səhvlərə yol verməyəcəkdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-374/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-374/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver