Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-375/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-713/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs, X2 və X3 müştərək qaydada ümumilikdə 4617,97 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi barədə rəsmi qaydada Şəxs məlumat verilmiş, icra sənədinin könüllü icrası üçün vaxt müəyyən edilmiş, lakin o, icra sənədinin icrasından yayınmışdır. İzahatında həmçinin bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı əsasında borcun identifikasiyası aparılmış və borc məbləği azalmışdır. Hazırda onun 1630 manat borcu qalmışdır. Şəxs tərəfindən icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Çağırışlarına gəlmədiyinə görə barəsində məcburi gətirilməsi barədə təqdimatla Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş və təqdimatı təmin edilmişdir. Məhkəmənin məcburi gətirilməsi barədə qərardadı əsasında bu gün polis əməkdaşları tərəfindən gətirilərək icra şöbəsinə təqdim edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədi barədə məlumatı var. Əvvəllər ticarət sahəsində işləmiş, hazırda işləmir. İşləmədiyinə görə də ödəniş edə bilmir. İmkanı olduqda ayda 10 manat ödəniş etmiş, sonuncu dəfə dekabr ayında 10 manat ödəniş etmişdir. Hazırda da heç bir ödəniş edə bilmir, lakin Rusiya Federasiyasından ona pul gəlməlidir. Ona görə də borcunu bu il bağlayacaqdır. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-713/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs, X2 və X3 müştərək qaydada ümumilikdə 4617,97 manat məbləğində pul vəsaiti tutulmalıdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-713/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından görünür ki, borculunun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanları sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi barədə məlumatı var, lakin icra sənədindəki göstərilmiş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmurunun icra şöbəsinə gəlməsi barədə çağırışlarından yayındığına görə barəsində axtarış elan olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə onun icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə iclasında verdiyi izahatında isə imkanı olduqda ayda 10 manat ödəniş etdiyini, sonuncu dəfə isə 2023-cü ilin dekabr ayında 10 manat ödəniş etdiyini bildirmişdir. Bununla da görünür ki, onun tərəfindən icra sənədi üzrə tələb uzun müddətdir ki üzrsüz səbəbdən icra edilmir, hərdənbir 10 manat ödəniş etməklə icra sənədi üzrə tələbin icrasından yayınır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-375/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-375/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver