Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-375/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis mayoru X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin daxil olmuş 13 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 29 dekabr 2024-cü il tarixdə Nissan markalı **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qaçırılması və yol- nəqliyyat hadisəsi olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası DİN-nin Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis mayoru X8 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X9 DİN-nin 102 xidmətinə 29 dekabr 2024-cü il tarixdə zəng edərək Nissan markalı **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qaçırılması və yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətinə sürücülük hüququ olmadan idarə etdiyi “Nissan Sunny” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 məxsus avtonəqliyyat vasitəsi ilə toqquşmaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün avtomobilin qiymətləndirilməsi aparıldıqdan sonra müəyyən olunacaqdir. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 23 dekabr 2024 tarixdə birlikdə dostları ilə birgə qərar vermişlər ki, sosial şəbəkədə tapdıqları "Pana MMC"-dən icarəylə avtomobil götürsünlər və idarə etsinlər, öz maraqlarını ödəsinlər. 24 dekabr 2024 tarixdə birlikdə Pana MMC-ə getmiş oradan, öz adına **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı "Nissan" markalı avtomobili, gündəlik 45 manat ödəməklə sənədləşdirib götürmüşdür. 29 dekabr 2024 tarixdə gecə saat 02:50 radələrində o, Orxanla evdən çıxıb avtomobili idarə etmiş, özü sükan arxasında əyləşmişdir. Təxminən saat 03:30 radələrində saatda 80 km saat sürətlə hərəkət edib, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində o, ehtiyatsızlıqdan idarəetməni itirmiş, nəticədə avtomobili dayanıqlı vəziyyətə gətirə bilməmiş, avtomobil orada olan dəmir darvazaya dəymiş, nəticədə o da, Orxan da xəsarət almış, avtomobil də əzilmişdi. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, Şəxs əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır.. Məhkəmə, İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində Binə Körpüsünün yanındakı giriş istiqamətində sürücülük hüququ olmadan idarə etdiyi “Nissan Sunny” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X5 məxsus avtonəqliyyat vasitəsilə toqquşaraq maddi ziyan vurduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Ruhan Adilbəyli tərəfindən Şəxs və X4 iştirakları ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış sahəsində baş vermiş, “Nissan Sunny” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlıyolun solundakı qaz turbasına və evin hasarına dəymişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən onun səmimi peşman olmasını onun yüngülləşdirici hal kimi nəzərə alınır. Odur ki, məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, hazırda yetkinlik yaşına çatmadığını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 332.4 maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-375/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-375/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver