Məhkəmə qərarları › İş №3(003)-377/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-377/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-377/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar Xəzər rayon Prokurorluğundan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması üçün daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materialdan görünür ki, X6 ərizə ilə Xəzər RPİ-nin 1-ci polis şöbəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə ona məxsus olan pul kisəsini Xəzər rayonu Mərdəkan qəsəbəsi dənizkənarında yerləşən “Black Jack” istirahət mərkəzində naməlum şəraitdə itirməsini bildirmiş və pul kisəsinin içərisində olan 400 manat pulunun tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Vət.Nigar Rüstəmova baş vermiş hadisə ilə əlaqədar Xəzər RPİ-nin 1-ci polis şöbəsinə vermiş olduğu izahatında xx.xx.2020-ci il tarixdə rəfiqəsi Xumarla birlikdə Mərdəkan qəsəbəsi dənizkənarında yerləşən “Black Jack” istirahət mərkəzinə getməsini, bu zaman pul kisəsinin içərisində olan 365 manat pulunun naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir.Faktla bağlı Xəzər RPİ-nin 1-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən araşdırma aparılmış və cinayət tərkibi olmadığı üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmçinin xırda talama əməlinin törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir.xx.xx.2020ci il tarixdə Xəzər RPİ-nin 1-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən X3 pul kisəsindən 400 manat pulunun oğurlanması ilə bağlı naməlum şəxs barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın açılması haqqında qərardad qəbul edilmişdir.Xəzər RPİ-nin 1-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şəxs tərəfindən naməlum şəxsin X3 pul kisəsindən 400 manat pulunun oğurlanması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraatın İXM-nin 104.1.1-ci maddəsinə əsasən dayandırılması haqqında MN № 0061165, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.Bundan başqa xx.xx.2020-ci il tarixdə ünvan 1 mənzil 10 ünvanında yaşayan X5 RPİ-nin 1-ci polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dəniz malları” satılan dükanların birində stolun üzərinə qoyduğu 500 manat dəyərində, **********43696 imey kodlu, “Samsung A41” markalı mobil telefonunun naməlum şəxs (lər) tərəfindən oğurlanmasını bildirmişdir. Müraciətinin sonunda X11 mobil telefonunu oğurlayan şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir.Faktla bağlı Xəzər RPİ-nin 1-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyev tərəfindən araşdırma aparılmış və cinayət tərkibi olmadığı üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmçinin xırda talama əməlinin törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir. X7 500 manat dəyərində mobil telefonunun oğurlanması ilə bağlı naməlum şəxs barəsində Xəzər RPİ-nin 1-ci PŞ-də Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat açılmış, xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat sahə rəisi, polis mayoru Güloğlan Əhmədova həvalə edilmişdir. Xəzər RPİ-nin 1-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şəxs tərəfindən naməlum şəxsin X7 500 manat dəyərində mobil telefonunu oğurlanması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraatın İXMnin 104.1.1-ci maddəsinə əsasən dayandırılması haqqında MN № 0061162, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir.Bundan başqa xx.xx.2020-ci il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən “OBA RETAİL MMC”-də adminstrator işləyən X4 ərizə ilə Xəzər RPİ-nin 1-ci polis şöbəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə naməlum şəxs tərəfindən “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkinin oğurlanmasını aşkar olunmasını bildirmiş və müraciətinin sonunda həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir.Faktla bağlı Xəzər RPİ-nin 1-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Vasif Həsənov tərəfindən araşdırma aparılmış və cinayət tərkibi olmadığı üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmçinin xırda talama əməlinin törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir.xx.xx.2020-ci il tarixdə Xəzər RPİ-nin 1-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən X1 “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkinin oğurlanması ilə bağlı müraciəti üzrə naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın açılması haqqında qərardad qəbul edilmişdir.Xəzər RPİ-nin 1-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şəxs tərəfindən naməlum şəxsin “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkini oğurlanması ilə bağlı Həqiqət Qənbərovanın müraciəti üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraatın İXM-nin 104.1.1-ci maddəsinə əsasən dayandırılması haqqında MN № 0061164, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati materialı tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X3 400 manat məbləğində pulunun oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi G.Əhmədov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, X3 400 manat məbləğində pulunun oğurlanması barədə N.Rüstəmovanın müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırılma aparılması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X3 400 manat məbləğində pulunun oğurlanması barədə N.Rüstəmovanın müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraatın həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X7 500 manat dəyərində mobil telefonunun oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X7 500 manat dəyərində mobil telefonunun oğurlanması barədə müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraatın Həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkinin oğurlanması ilə bağlı X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi G.Əhmədov tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkinin oğurlanması ilə bağlı X1 müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırılma aparılması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, “OBA RETAİL MMC”-nə məxsus mağazadan 1 ədəd 17 manat dəyərində “banketnaya” adlı spirtli içkinin oğurlanması ilə bağlı X1 müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraatın Həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon X9 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Xəzər rayon X9 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Xəzər rayon X9 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Xəzər rayon X9 tərəfindən qəbul edilmiş inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs və Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi G.Əhmədov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və aidiyyəti üzrə Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-1252/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2325/2020 saylı qərarından görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(003)-1252/2020 saylı qərarından Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Xəzər RPİ tərəfindən tərtib edilmiş inzibati xəta törətmiş şəxsə dair statistik kart və Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə ünvanlnmış xırda talama inzibati xətalarına dair tərtib edilmiş uçot kartoçkalarının siyahısında yuxarıda qeyd edilən hər üç inzibati xəta haqqında iş üzrə icraatın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən yəni inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda əsası ilə dayandırıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən hər üç xırda talama əməli barədə Xəzər RPİ 1-ci Polis Şöbəsinin sahə rəisi G.Əhmədov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Daha sonra hər üç iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icraat Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Lakin hər üç xırda talama əməli barədə başlanılmış icraatın dayandırılmasına dair Xəzər RPİ 1-ci Polis Şöbəsinin rəisi Şəxs tərəfindən qəbul edilmiş qərardadlarda texniki səhvə yol verilərək dayandırmanın əsası kimi İXM-nin 104.1.3-cü maddəsi deyil həmin Məcəllənin 104.1.1-ci maddəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmalıdır. Həmin Məcəllənin 104.1.3-cü maddəsinə əsasən inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat dayandırılmalıdır. İş materiallarından da göründüyü kimi hər üç xırda talama əməlinin kim (kimlər) tərəfindən törədildiyi məlum deyildir. Yəni əməllər naməlum şəxs (şəxslər) tərəfindən törədilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hər üç inzibati xəta haqqında icraat Şəxs tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İXM 104.1.3-cü maddəsinə əsasən yəni inzibati xətanı törədən şəxs müəyyən olunmaması əsası ilə dayandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar