Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-377/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tərtər rayonu Sarıxalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, smayılzadə Elzamin Yaqub oğlu xx.xx.2024-cü il tarixində saat 07:00-da X3 adına qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixli 370413 AN Vİ nömrəli baş etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz D 208” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Bakı şəhərindən Xəzər rayonu, Qala qəsəbəsi daxilində 185 saylı tam orta məktəbin qarşısından dörd yol istiqamətinə saatda 30 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşarkən yolayrıcına daxil olmadan sağdan nəqliyyat vasitəsinin yolayrıcına yaxınlaşmadığına əmin olmalı, sağdan yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşdığı vəziyyətdə hərəkətin təhlükəsizliyinin təmin olunması üçün yolayrıcına daxil olmadan həmin nəqliyyat vasitəsinə yol verməli və sonra öz hərəkətini davam etdirməli və bununlada yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Şəxs idarə etdiyi “Mercedes Benz D 208” markalı mikroavtobusu eyni əhəmityyətli yolların kəsişdiyi yolayrıcına sağdan yaxınlaşan “Vaz-21011” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına daxil etməklə hərəkəti üçün təhlükəli şərait yaradıb “Mercedes Benz D208” markalı mikroavtobusun ön hissəsi ilə toqquşmuş, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi zamanı “Vaz 21011” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Valeh Əbdurəhmanov almış olduğu sol saidin əzilmiş yarası, sol körpücük sümüyünün qapalı, yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 Az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqiliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı Ramil Əsgərov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 fevral 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanı etiraf edərək peşman oluğunu bildirdi və yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 62.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ərizə təqdim edərək Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-824/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 73.3cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilərək həmin Məcəllənin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilmiş və Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almasına görə Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin 24 may 2024-cü il tarixli 433 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X7” PHŞnə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-377/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-377/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver