Məhkəmə qərarları › İş №3(003)-378/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-378/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-378/2020 12.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, “xxxxxxxx” x1 (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 497-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən "Şəxs" MMC tərəfindən 22.02.2019-cu il tarixində **********446 nömrəli gömrük bəyannaməsi ilə 2 ədəd, netto çəkisi 0.9 kq, ümumi gömrük dəyəri 1037 manat olan “XP Handpiece Maxo motor" əmtəə nişanlı, Şəxs" MMC 22.02.2019-cu il tarixində 0**********446 saylı GB ilə 2 ədəd netto çəkisi 0.9 kq, ümumi gömrük dəyəri 1037 manat olan mallar xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Yükün bir hissəsi-seriya nömrəsi ********* olan 1 ədəd gözün müayinəsi üçün eksimer cihazının mikromühərrikli XP ANDPİECE MAXON motor **********7747 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Yükün digər hissəsi netto çəkisi 0,55 kq, ümumi gömrük əyəri 629 manat olan seriya nömrəsi J1344 olan gözün müayinəsi üçün eksimer cihazının ucluğunun isə xaricdə emal müddətinin bitməsinə baxmayaraq, xaricdə emal müddəti uzadılmamış ə ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200-cü maddəsinə əsasən xaricdə emal xüsusi gömrük proseduru aİtında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən xaricdə emal xüsusi gömrük proseduru Gömrük Məcəlləsinin 169-cu addesində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır. Həmin məcəllənin 169.1-ci maddəsinə əsasən xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. HNBGİ-nin Xüsusi Gömrük Prosedurları Şöbəsindən daxil olmuş raporta əsasən yükün xaricdə emal müddəti 22.02.2020-ci il tarixində bitməsinə baxmayaraq, xaricdə emal müddəti uzadılmamış və ya mallar digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Bu barədə “xxxxxxxx” MMC-nin barəsində DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və x2 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı x3 tərəfindən 22 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, “xxxxxxxx” MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə “xxxxxxxx” MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq “xxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxxxxxx” MMCAzərbaycan Respublikasının İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 629 (altı yüz iyirmi doqquz) manat məbləğinin otuz faizi məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar