Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-378/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Hüquqi şəxs “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Fılıalı (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsi tərəfindən 17 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialına məxsus hündürmərtəbəli yaşayış binasında yanğın-texniki müayinə zamanı YTHQ maddə 25 bənd 6 tələblərin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsinin mühəndis inspektoru X2 tərəfindən «X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filıalı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialı və Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən «X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialına məxsus obyektdə xx.xx.2025-ci il tarixdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 15 yanvar 2025-ci il tarixdə KY252268127 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Qarabağ regional X4 İdarəsinin rəisi Təyyar Paşayev tərəfindən qəbul edilmiş 209 nömrəli 17 yanvar 2025-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialına məxsus obyektdə xx.xx.2025-ci il tarixində plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı YTHQ maddə 25 bənd 6-nın tələblərinin pozulması faktı müəyyən edilmişdir (1. Obyektin tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılmamışdır. 2. Yeni tikilən obyektin ərazisi vaxtlı-vaxtında yanar tullantılardan təmizlənməmişdir). “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun X4nin aparılması ilə bağlı hüquqlarından biridir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq X4nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.9-cu bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı tə`miri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X4 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialının barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs “X3 X1 Sanayi İç ve Dış Ticaret Anonim Şirketi” Azərbaycan Respublıkasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-378/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-378/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver