Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-38/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası X2 nümayəndəsi X5, Şəxs nümayəndəsi X7 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru X8 tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli qərara əsasən – Azərbaycan Respublikası X1 daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2- 254c-21 saylı material üzrə vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 15 dekabr 2021-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icrata başlanmış və baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X19 göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası X1 daxil olmuş məktub əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan icraçı direktoru X4 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərə” dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertiükatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış ümumi çəkisi 23800 kq olan kartof tərəvəzini 23 sentyabr 2021-ci il tarixdə X12 Azərbaycan Respublikasına - Bakı Baş Gömrük idarəsinə gətizdirmişdir. Həmin gün Azərbaycan Respublikasının X2 mütəxəssisləri tərəfindən məhsuldan ekspertiza üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Ekspertiza nəticələrinə əsasən Şəxs MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş kartof nümunəsində kartof yumrularında halqavari bakterial çürüməsi və kartofun qonur çürüməsi aşkar edilmişdir. Karantin tətbiq edilən bu cür zərərli orqanizmlər ətraf mühitə və ölkənin iqtisadi potensialına ciddi təhlükə yaratdığından həmin məhsullar məhv edilməli və ya ixracatçı ölkəyə qaytarılmalı olduğu halda məhsuldan nümunələr götürülməsi zamanı yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilərək ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibi xəbərdarlıq edilərək ondan iltizam alınmasına baxmayaraq Şəxs MMC 27 sentyabr 2021-ci il tarixdən başlayaraq 3 gün ərzində kartof tərəvəzini satmışdır. AGR Group” MMC qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası X2 nümayəndəsi X16 göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 saylı Qərarına əsasən qida məhsulları məcburi sertifikatlaşdırılmalıdır. Məhsulların 7 iş günü ərzində müayinəsi aparılmalıdır. Əgər məhsulun saxlama müddəti azdırsa və idxal zamanı şirkət X1 qeydiyyatdan keçibsə sertifikat tələb olunmur. 23 sentyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən sertifikat üçün ərizə daxil olmuş, mallar isə 25 sentyabr 2021-ci il tarixdə bəyan olunmuşdur. Onlar da, məhsuldan ekspertiza üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim etmişlər. 05 oktyabr 2021-ci il tarixdə məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Ekspertizanın nəticələrinə əsasən qanunvericiliyə əsasən müvafiq tədbirlər keçirilməsi üçün yüklərin saxlandığı anbarlara təkrar baxış keçirərkən iltizamnamə alınmasına baxmayaraq malların satıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası X2 nümayəndəsi X9 nümayəndə X10 izahatına uyğun, eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirdi ki, 25 sentyabr 2021-ci il tarixdə kartofdan nümunələr götürülərkən Gülnarə Abdullayeva özü şəxsən iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X13 göstərdi ki, 23 sentyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş kartoflar bəyan edilmiş və həmin tarixdə sertifikat verilməsi üçün ərizə ilə X3 müraciət olunmuş, lakin ərizə geri qaytarılmışdır. Nümunələrin götürülməsində 27 sentyabr 2021-ci il qeyd olunsa da, aktda 25 sentyabr 2021-ci il qeyd edilmişdir. Bundan başqa X4 hər hansı izahat verməmiş və izahatda olan imza ona məxsus deyildir. Gülnarə Abdullayeva təsisçinin anasıdır. Kartoflar 04 oktyabrdan sonra satılmışdır. Həmçinin Şəxs MMC X2 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X15 göstərdi ki, Azərbaycan Respublikası X2 Bakı X14 və İxraca Nəzarət sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. 23 sentyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən müraciət daxil olmuş və 24 sentyabr 2021-ci il tarixdə məhsunu ölkəyə idxalı bəyan olunmuşdur. 25 sentyabr 2021-ci il tarixdə, həftənin şənbə günü Gülnarə Abdullayevanın iştirakı ilə kartofdan nümunələr götürülmüşdür və mallar ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibi xəbərdarlıq edilərək ondan iltizam alınmışdır. Ekspertiza nəticələri əldə olunduqdan sonra 6 ya 7 oktyabr 2021-ci il tarixdə həm rəsmi qaydada məlumat verilmiş, həm də, özü Gülnarə Abdullayevaya zəng edərək mallara toxunulmamasını bildirmişdir. Gülnarə Abdullayeva isə malların artıq Lənkəranda olduğunu bildirmişdir. Buna görə də, anbarlara təkrar baxış keçirmişlər və malların həqiqətən də, satıldığını müəyyən etmişlər. Buna görə də, 07 oktyabr 2021-ci il tarixdə akt tərtib etmişlər, lakin Şəxs MMC tərəfindən aktın imzalanmasından imtina edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malları satmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin baş məsləhətçisi X15 tərəfindən tərtib edilmiş 25 sentyabr 2021-ci il tarixli, İD ********** nömrəli aktdan görünür ki, Şəxs MMC-nin gətirdiyi kartof məhsulundan 1 nümunət götürülmüşdür. Həmin akt Gülnarə Abdullayeva tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin baş məsləhətçisi X15 tərəfindən tərtib edilmiş 25 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, 23700 kq ərzaqlıq kartofa toxunulmaması müəssisə rəhbərinin nəzərinə çatdırılmışdır. Həmin akt Gülnarə Abdullayeva tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X6 Laboratoriyasının Sınaq protokolundan görünür ki, Şəxs MMC tərəfindən idxal edilmiş kartof nümunəsində kartof yumrularında halqavari bakterial çürüməsi və kartofun qonur çürüməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Şəxs MMC- nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinib 4000 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-38/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-38/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver