Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-38/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə 00800-0184/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən mobil telefon, elektronik əşyalar, tütün məmulatları, varfümeriya və kosmetik vasitələrin qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi barədə Əməliyat və Təhqiqat İdarəsinə daxil olmu əməliyat məlumatına əsasən 18 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində J2 012 saylı Dubay-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Şəxs nəzarətə ğötürülmüşdür. Şəxs özü ilə gətirdiyi qara rəngli baqajı və qara rəngli əl çantası ilə “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə, gömrük nəzarətindən çıxmaq istəyərkən Əməliyyat Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq geri qaytarılmış, əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün əşyaları “Qırmızı Kanal” buraxılış sistemində erləşən X-Ray aparatından keçirilmisdir. Rentgen qurğusunda mobil telefon, elektronik əşyalar tütün məmulatları parfümeriya və kosmetik vasitələrin təsviri əks olunduğu üçün yoxlama otağına dəvət olunmuş və ona məxsus baqaja video çəkilişdən istifadə etməklə yoxlama keçirilmişdir. Yoxlama başlamazdan əvvəl Şəxs sol əlində olan İMEİ kodları **********15157, **********71145 **********36327 olan 3 ədəd “iPhone 13 Pro 128 GB” markalı mobil telefonları təqdim etmişdir. Daha sonra keçirilən yoxlama zamanı Şəxs Sura oğluna məxsus olan üzərində “Syeed Jee” yazısı olan qara rəngli əl çantasının içərisindən açıq şəkildə 10 qutu “Philip Mores” markalı siqaretlər, 2 blok 20 qutu “Marlboro White” markalı siqaretlər, 15 bağlama üzərində "Golden Virginia” yazısı olan tütün, 1 ədəd üzərində “X5 2269 G” yazısı olan idman qida əlavəsi, 3 ədəd üzərində “Xtend Original” yazısı olan idman gida əlavələri, 6 ədəd üzərində “X13 Hammer” yazısı olan spreylər, 5 ədəd üzərində “Victoria”s X10 Decadent 250 ML” yazısı olan bədən baxım gelləri, 3 ədəd üzərində “Victoria”s X10 Sunkissed 250 ML” yazısı olan bədən baxım gelləri, 1 ədəd “Apple Airpods” markalı qulaqcıq, 1 ədəd “X11” markalı qulaqcıqlar 2 ədəd “Apple” markalı elektron qələm 2 ədəd “Apple 7 45 MM” markalı qol saatları, 2 ədəd “X9 Collection 100 ML” markalı ətir, 1 ədəd “Lalique Lamour 100 ML” markalı ətir, 2 ədəd “Dolce Gabbana 100 ML” markalı ətir, Şəxs məxsus olan üzərində “Syeed Jee” yazısı olan qara rəngli baqajın içərisindən - 1 ədəd üzərində “X7 Spell Noir 250 ML” yazısı olan, 1 ədəd üzərində “Victoria”s X10 Decadent 250 ML” yazısı olan, 3 ədəd üzərində "Victoria”s Secret Splash of Berry 250 ML” yazısı olan bədən baxım gelləri, 5 ədəd üzərində “Xtend Original yazısı olan idman qida əlavələri, 1 ədəd üzərində “X6” yazısı olan idman qida əlavələri, 1 ədəd “Apple Airpods” markalı qulaqcıq, 1 ədəd “X12” markalı qulaqcıqlar, 2 ədəd "Apple 7 45 MM” markalı qol saatları, 2 ədəd “Apple” markalı elektron qələmlər, 1 ədəd “Memo Paris 75 M” markalı 1 ədəd “Anyway 100 ML” markalı, 1 ədəd “Tiziana Terenzi 100 ML” markalı, 1 ədəd “Orlov Paris 75 m” ətirlər, 6 ədəd "X13 Hammer” markalı sprey, 4 blok (40 qutu) “Marlboro White” markalı siqaretlər aşkar olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar olunan əşyalar qablaşdırılaraq, protokol əsasında götürülmüş dür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, inzibati materiallarda qeyd olunanları qəbul etmir. Belə ki, o, Rusiya vətəndaşıdır, 18 avqust 2022-ci il tarixdə Dubay – Bakı aviareysi ilə gələn zaman “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən çıxmaq istəyərkən əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Çantaları aparatdan keçirilmiş və çantaların içərisində olan əşyalar aşkar edilmişdir. O, əşyaları yaşadığı Moskva şəhərinə aparmaq üçün gətirmiş və bu halı orada olan əməkdaşlara bəyan etmişdir. Lakin Gömrük İdarəsinin əməkdaşları onun bu sözlərinə məhəl qoymamışlar. Həmin vaxt onun orada halı pisləşmiş və X8 çağırmışlar. Əlavə olaraq bildirmişdir ki, çantasında mobil telefon, tütün məmulatı, kosmetika vasitələri və digər əşyalar olmuşdur. Onun, həmin əşyaları Azərbaycan Respublikasının ərazisinə keçirtmək niyəti olmamış, lakin həmin əşyaları müvəqqəti olaraq saxlanca verə biləcəyi də bildirilməmişdir. Orada onu protokolla tanış etmədiklərinə görə o, protokolu imzalamaqdan imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. 06 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid Akhmedzade (Əhmədzadə) Sona Raqib qızı bildirmişdir ki, o, Rusiya vətəndaşıdır, Almuradla birlikdə 18 avqust 2022-ci il tarixdə Dubay – Bakı aviareysi ilə gələn zaman “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən çıxmaq istəyərkən əməliyyat şöbəsinin əməkdaşları Mehman və Abbas adlı şəxslər onları saxlamışlar. Yoxlama zamanı onların çantasından müxtəlif əşyalar aşkar edilmişdir. Onlar Azərbaycana 2 günlük gəlmişlər və həmin əşyaları Moskava şəhərinə aparmaq üçün almışlar. Orada onlara həmin əşyaları müvəqqəti olaraq saxlanca verə biləcəkləri bildirilməmişdir. Hadisə ilə bağlı orada Almuradın halı pisləşmişdir. Məhkəmə clasında Şahid bildirmişdir ki, o, ticarət məqsədi ilə Dubay şəhərinə getmişdir. 16 avqust 2022-ci il tarixdə Duvay şəhərindən yola düşərkən Şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Almurad ona bildirmişdir ki, o, Moskva şəhərindən Bakı şəhərinə gəlmiş, həmçinin gəzmək məqsədi ilə Dubay şəhərinə yola düşmüş, yenidən Moskva şəhərinə qayıtmaq niyyəti var, aviabilet baha olduğuna görə Dubay-Bakı-Moskva aviareysi ilə Moskva şəhərinə qayıdacaqdır. Dubay şəhərinə çatdıqdan sonra birlikdə onlar müxtəlif əşyalar almışlar və birlikdə Bakıya qayıtmışlar. Heydər Əliyev adına X2 o, Şəxs məxsus əl yükünü arabaya yerləşdirməyə kömək etmişdir. Mobil telefonlar Şəxs məxsus olan qara rəngli çantanın ön cibində olmuşdur. A.Memedovun xahişi ilə sınmasın deyə o, həmin telefonları qara rəngli çantanın ön cibindən çıxardaraq Şəxs təqdim etmişdir. Məhkəmə Şəxs və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 7/944 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları və sayları cədvəl N1-də göstərilmiş tütün məmulatları (siqaretlər) və GOLDEN VİRGİNİA THE ORİGİNAL” markalı tütün istifadəyə yararlıdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 5/992 saylı rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsi”də göstərilən səbəblərə görə aşağıdakılar müəyyən olundu;
1. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plastik örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” markalı “A2638” modelli “**********71145, **********51275” “imei” kodlu mobil smartfon aktivləşdirilib, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
2. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plast. örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” mark” “A2638” modelli “**********36327, **********62101” “imei” kodlu mobil smartfon aktivləşdirilib, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
3. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan arxa hissəsində qoruyucu plastik örtük olan sensor ekran və “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 Pro” marka “A2638” modelli “**********15157, **********08863” “imei” kodlu mobil smartfon aktivləşdirilib, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.
4. Təqdim edilmiş iki (02) ədəd “AirPods” markalı, iki (02) ədəd “AirPods Pro” marka qulaqcıqlar üzərində aparılan tədqiqat işləri və texniki göstəricilərə görə belə nəticəyə gəlindi ki, təqdim edilmiş qulaqcıqlar istifadə olunmayıblar və istifadəyə yararlıdırlar.
5. Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə belə nəticəyə gəlindi ki, təqdim edilmiş elektron qol saatları istifadə olunmayıblar və şərti olaraq “1” rəqəmi İlə işarələnmiş qol saatı istisna olmaqla, digərləri hal hazırda işlək vəziyyətdədirlər. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 9/6098 saylı rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş 22 adda malların ümumilikdə 18 avqust 2022-ci il tarixə orta bazar qiyməti təxminən 14040,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqdaadları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarına əlavə edilmiş aviabiletin surətindən görünür ki, 25 avqust 2022-ci il tarixdə Şəxs adına Bakı-Moskva aviabileti rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs Rusiya Federasiyasının vətəndaşıdır. O, 18 avqust 2022-ci il tarixdə Dubay-Bakı aviareysi ilə Dubaydan Bakıya gəlmişdir. Həmin vaxt onun çantasında mobil telefon, elektronik əşyalar, tütün məmulatları, varfümeriya və kosmetik vasitələr olmuşdur. Ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, Şəxs aşkar edilmiş mobil smartfonlar aktivləşdirilmiş və işlək vəziyyətdə olmuşdur. Aşkar olunmuş əşyaların satış məqsədi ilə gətirilməsinə dair heç bir sübut mövcud deyil. 28 avqust 2022-ci il tarixdə Bakı-Moskva aviareysi ilə Azərbaycan Respublikasını tərk etməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı malların (avtonəqliyyat vasitələri istisna olmaqla) müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir. Həmin Qərarın 2.6-ci bəndinə əsasən Bu Qaydaların 2.1.8-ci yarımbəndinə uyğun olaraq, fiziki şəxslər tərəfindən güzəştli qaydada gömrük ərazisinə müvəqqəti gətirilən mallar gömrük ərazisində qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisindən çıxarılmalı və ya sərbəst dövriyyəyə buraxılması üçün bəyan olunmalı, gömrük ərazisindən müvəqqəti aparılan mallar isə gömrük ərazisindən kənarda qalma müddəti başa çatdıqdan sonra gömrük ərazisinə qaytarılmalı və ya ixrac edilməsi üçün bəyan olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarının 2.5-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları" və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin “Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi” (Maddə 192) tələbləri pozulmuş, şəxsə gömrük ərazisinə müvəqqəti gətirdiyi əşyaların müvafiq olaraq güzəştli qaydada gömrük ərazisində və ya bu ərazidən kənarda qalma qaydası, müddəti və s.izah edilməmişdir. Göründüyü kimi işdən məlum olur ki, Şəxs adına 25 avqust 2022-ci il tarixdə **********704 saylı aviabilet (Moskva şəhərinə çatma tarixi 28 avqust 2022-ci il) rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq,
qəraraaldım:
Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev