Məhkəmə qərarları › İş №3(003)-38/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-38/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-38/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından **********1 saylı aviaqaimə əsasında “Starex” poçt daşıma xidməti vasitəsilə Şəxs adına gətirilən bir ədəd poçt bağlamasına baxış keçirilən zaman orada İMEİ kodlarında müxtəlif ziddiyətlər mövcud olan bir ədəd “İPHONE 14 PRO MAX” markalı mobil cihzın olduğu müəyyən edilmişdir.Belə ki, mobil telefonun qutusu üzərində qeyd olunan İMEİ kodları “Portall.rinn.az” internet səhifəsində yoxlandıqda mobil cihazın qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxtın xx.xx.2023-cü il tarixdə bitdiyi, qeydiyyatdan keçirilmədiyi, cihazın istifadəsinin məhdudlaşdırıldığı və 150 azn dövlət rüsumu olduğu məlum olmuşdur. Faktla əlaqədar olaraq araşdırma başlanmış və mobil cihazın qutusu üzərində olan İMEİ kodlarının “X2 Sistemi”-ndə qeydiyyatdan keçirilib- keçirilməmsi, müsbət halda kimin adına və hansı tarixdə qeydiyyatdan keçirilməsi və digər xüsusatlarla bağlı AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-yə müraciət olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2023-cü il tarixli 3-27- 111/2-99/2023 nömrəli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, həmin İMEİ kodları qeydiyyatdan keçirilməmiş “İPHONE 14 PRO MAX” markalı mobil telefona məxsusdur.Araşdırma zamanı Şəxs izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında bildirmişdir ki, o “ALİBABA” onlayn alışveriş səhifəsində “İPHONE 14 PRO MAX” markalı mobil cihaza oxşar bir mobil telefon görüb bəyəndiyini, .qiyməti münasib olduğu üçün onlayn sifarişlə alıb ölkə ərazisinə gətirdiyini bildirmiş, İMEİ kodlarla bağlı hər hansı məlumatının olmadığını və ancaq telefonun qiymətinin ucuz olması ona sərf etdiyi üçün 169 ABŞ dolları məbləğində pul xərcləyərək aldığını bildirmişdir. Şəxs izahatına həmin telefonu aldığı “Alibaba” onlayn alışveriş səhifəsində olan eyniadlı başqa bir mobil cihaza aid elanı da əlavə edib. Həqiqətən də həmin elanda da “İphone 14 PRO MAX” markalı mobil cihaza aid elanın olduğu və qiymətinin 28560 manat kimi göstərildiyi müşahidə olunmuşdur. Araşdırma çərçivəsində sözügedən mobil cihazın qablaşdırması üzərindəki göstəricilərlə faktiki cihazda olan məlumatların eyniləşdirilməsi məqsədilə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin mobil telefonun qutusu üzərində göstərilən İMEİ kodu ilə telefonda olan faktiki İMEİ kodu fərqlidir, həmçinin vizual olaraq bəzi oxşarlıqlar olsa həmin mobil telefonun fərqli proqram təminatı vasitəsilə işləyir və mobil cihazın faktiki İMEİ kodu **********26938/**********26946dır. Həmçinin faktiki İMEİ kodu “Portall.rinn.az” internet səhifəsində yoxlandığı zaman belə bir yazı qeyd edilmişdir ki, “Daxil etdiyiniz İMEİ nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Mövcud qaydaya əsasən qeydiyyatdan keçirilməlidir. İstifadəsinə icazə verilib. İMEİ nömrə X3 X4”. Bununla da faktiki cihaza aid olan İMEİ kodları ilə hazırda portalda hər hansı qeydiyyatın olmadığı məlum olmuşdur.Eləcə də, mobil cihaza aid olan İMEİ kodlarının “X2 Sistemi”-ndə qeydiyyatdan keçirilib-keçirilməmsi, müsbət halda kimin adına və hansı tarixdə qeydiyyatdan keçirilməsi və digər xüsussatlarla bağlı yenidən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-yə müraciət olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2023-cü il tarixli 3-27- 111/2-144/2023 cavab məktubuna əsasən müəyyən edilmişdir ki, **********26938/**********26946 nömrəli İMEİ kodlarının hər biri “MOTOROLA C118" modelli mobil telefona aiddir və həmin İMEİ nömrələri X2 X4. Araşdırma zamanı faktla əlaqədar kompleks məhkəmə komputer-texniki və əmtəəsünaslıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Həmin qurumdan daxil olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-5/1347-5/1368-9/7246/23 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonun proqram təminatındakı göstəricilərinə əsasən telefonun qablasdırması üzərində olan göstəricilərlə eynilik təşkil etmir, həmin qurğunun qablaşdırıldığı qutu başqa mobil cihaza aiddir, təqdim edilmiş mobil telefon “İPHONE 14 PRO MAX” markalı mobil telefona oxşar qurğu olmaqla eyni markalı mobil smartfona uyqun deyildir, onun imitasiyasıdır və bu səbəbdən də Respublika ərazisində orjinal olmayan mobil telefonların satışı nəzərdə tutulmadığından həmin mobil telefonun qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil qeyd etmişdir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, o, Çin Xalq Respublikasından “Starex” poçtdaşıma şirkəti vasitəsilə “İphone 14 Pro Max” markalı telefona oxşar mobil telefon sifariş etmiş və həmin telefon Azərbaycan Respublikasına gətirilmişdir. Həmin “İphone 14 Pro Max” markalı telefona oxşar mobil telefonun qiyməti kifayət qədər ucuz olduğu üçün onun diqqətini cəlb etmiş və bu səbəbdən həmin mobil telefonu sifariş verib gətirmişdir. Lakin İMEİ kodlarla bağlı hər hansı məlumatı olmamışdır. Ancaq telefonun qiymətinin ucuz olması ona sərf etdiyi üçün 169 ABŞ dolları məbləğində pul xərcləyərək həmin telefonu almışdır. Lakin telefonun qutusu üzərində göstərilən İMEİ kodu ilə telefonda olan İMEİ kodun faktiki olaraq fərqli olması barədə şəxsin məlumatı olmamışdır. Bu istehsalçının problemidir. Qeyd edilənlərə əsasən Şəxs barəsində AR İXM-nin 448-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilməsinə baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru Həbib Sadıxlının tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Poçt Göndərişləri” gömrük postuna Çin Xalq Respublikasından “Starex" poçt daşımaları şirkəti vasitəsilə **********1 saylı aviaqaimə əsasında xx.xx.2023-cü il tarixində daxil olmuş yükə gömrük yoxlanışı keçirilərkən ********* qaimə gömrük əməkdaşları tərəfindən saxlanmış, xx.xx.2023-cü il tarixində vətəndaş Şəxs yaxınlaşmışdır. Yük telefondan ibarət olduğundan imei kodu qeydiyyat etmək istədikdə həmin telefonun qablaşdırılmasında yazılmış imei kodun İphone 14 pro max olduğu və portall.rinn.az saytında imei kod yoxlanarkən isə qeydiyyata ayrılmış vaxt xx.xx.2023-cü il tarixində bitmişdir. Qeydiyyatdan keçirilməmişdir. Cihazın istifadəsi məhdudlaşdırılımışdır. Hazırkı dövlət rüsumu: 150.00 AZN yazısı rast gəlinmişdir. İş materiallarında olan “təqdim edilən mobil telefona baxış keçirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli 34/020/018273 saylı raportun araşdırılması çərçivəsində Çın Xalq Respublikasından “Starex” poçtdaşıma xidməti vasitəsilə **********1 nömrəli aviaqaimə əsasında “Şəxs” adına göndərilən poçt bağlamasında 1 ədəd “iphone 14 Pro Max” markalı mobil telefona onun qablaşdırması üzərindəki göstəricilərlə faktiki mobil telefonda olan məlumatların eyniləşdirilməsi məqsədilə keçirilmiş baxış zamanı qeyd edilən poçt bağlaması açılaraq içərisindəki çıxarılmış qutunun üst hissəində mobil telefon təsviri vardır. Qutunun yan tərəfində “iphone” yazısı təsvri vardır. Qutunun arxa hissəsində müxtəlif yazılar vardır. Həmin yazılarda mobil cihazın İMEİ kodu **********07280/**********58691 kimi göstərilmişdir. Daha sonra qutu açılmış və qutunun içərisində ola bir ədəd açıq mavi rəngli mobil telefon və bir ədəd ağ rəngli şarj kabeli çıxaırlmışdır. Mobil telefon xarici görünüşcə “İphone 14 PRO MAX” markalı mobil telefona bənzəyir və mobil telefinun arxa səthində solğun formada “APPLE” markasına məxsus logo olduğu müşahidə edilir. Daha sonra mobil telefonun sağ yuxarı tərəfində olan uzunsov düymə sıxılaraq telefonun ekranı işıqlandırılmışdır. Mobil telefonun ekranına toxunarkən onun işləmə tezliyində gecikmələr olduğu müşahidə edilmişdir. Ekranda olan mobil aplikasiyalar və digər proseslərin aparılması, eləcə də ümumi menyu orjinal “İphone” markalı mobil telefonlarda olduğu kimi görünsə də faktiki olaraq fərqli bir proqram təminatına malikdir. Daha sonra mobil telefonun faktiki İMEİ kodunu müəyyən etmək üçün “*#06# ” kodu daxil edildiyi zaman ekrandakı göstəricilərdən məlum oldu ki, faktiki olaraq qeyd edilən mobil telefonun İMEİ kodu **********26938/**********26946-dır. Eyni zamanda mobil telefonun menyusundakı özünə aid məlumatlarda telefonun orjinal “İphone” markalı mobil telefonlarda olan “İOS” proqram təminatı ilə yox fərqli bir proqram təminatına malik olduğu məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinə ünvanladığı 29 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, qeyd olunan **********26938 və **********26946 İMEİ nömrələrinin hər biri Motorola C118 modelinə aiddir və hal-hazırda İMEİ nömrələr X2 X4dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mobil telefonun təminatındakı texniki gösətricilərinə əsasən telefonin markası “İphone 14 Pro Max”, modeli “A2651”, “İMEİ” kodları “**********26938, **********26946”, seriya nömrəsi “F9P4K7JPHL”, gösəriciləri və telefonun qabşlaşdırıldığı qutunun üzərində göstərilən modeli “A2896”, “İMEİ” kodları “**********07280, **********58691” və seriya nömrəsi “kVGX4M36V1” göstəriciləri eynilik təçkil etmir və həmin qurğunun qablaşdırılması qutu başqa mobil cihaza aiddir. Təqdim edilmiş mobil smartfonun “İMEİ” kodu “Motorola” markalı mobil telefona, seriya nömrəsi isə “tünd bənövşəyi (deep purple) rəngli “İphone 14 Pro Max” markalı mobil smartfona aid olduğu müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş “İphone 14 Pro Max” markalı, “A6251” modelli telefon oxşar qurğu eyni markalı mobil smartfoan uyğun deyildir, onun imitasiyasıdır. Kontrafakt məhsulların tədqiqi hissəsindən göründüyü kimi Tədqiqata təqdim edilmiş “İphone 14 Pro Max” markalı, “A6251” modelli telefona oxşar qurğu eyni markalı orjinal mobil smartfona uyğun olmadığı, onun imitasiyası olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Çin Xalq Respublikasından **********1 saylı aviaqaimə əsasında “Starex” poçt daşıma xidməti vasitəsilə Şəxs adına gətirilən bir ədəd “İphone 14 PRO MAX” markalı mobil cihazın İMEİ kodlarında müxtəlif ziddiyətlərin mövcud olması müəyyən edilmişdir. İnzibati orqan tərəfindən verilmiş sorğulara cavab olaraq və təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, qeyd edilmiş mobil smartfonun “İMEİ” kodu “Motorola” markalı mobil telefona məxsusdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 448-ci maddəsinin dispozisiyasına əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İnzibati xətalara dair qanunvericiliyin mənasına görə inzibati məsuliyyətə cəlb olunması üçün şəxs İXM-in xüsusi hissəsində nəzərdə tutulmuş xətanın bütün əlamətlərini daşıyan hüquqazidd əməli təqsirli törətmiş olmalıdır. Məhkəmə həmçinin bildirir ki, inzibati xəta qəsdən və ya ehtiyatsızlıq formasında törədilir. Hazırki işin hallarından şəxsin inzibati xətanı qəsdən və ya ehtiyatsızlıqdan törətməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onlayn sifariş saytlarının birində 169 ABŞ dolları məbləğində “İphone 14 PRO MAX” markalı mobil telefona bənzər mobil telefon satıldığını görmüş və qiyməti ucuz olduğu üçün həmin telefonu sifariş etmişdir. Həmin telefon Azərbaycan Respublikasının gömrük ərazisinə daxil oduqdan sonra onun İMEİ kodunun “Motorolla” markalı mobil telefona məxsus olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında mobil telefonu öz istifadəsi üçün sifariş etdiyini bildirmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, şəxsin sifariş verdiyi telefonun İMEİ kodunun başqa telefona məxsus olmasını, həmçinin onun saxta və ya dövlət standartlarının tələblərinə uyğun olmamasını bilməsi mümkün deyildir. Çünki şəxs həmin telefonu öz istifadəsi üçün sifariş etmişdir. Əgər şəxs bir neçə telefonu satış məqsədi ilə sifariş etsəydi və şəxsin həmin telefonları satmaqla gəlir əldə etmək məqsədi olsaydı bu halda həmin telefonların saxta və ya dövlət standartlarının tələblərinə uyğun olmamasını qabaqcadan müəyyən etmək onun marağında olardı. Həmçinin məhkəmə qeyd edir ki, İXM-nin 448-ci maddəsi ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir. Bu fəsil özündə hər hansı bir sahibkarlıq fəaliyyətinin pozulması nəticəsində yaranan inzibati xətaları əhatə edir. Hazırki iş üzrə şəxsə istinad edilən xəta isə hər hansı bir sahibkarlıq, yəni ticarət qaydaları əleyhinə olan fəaliyyəti ilə bağlı deyildir. Belə ki, şəxsin öz istifadəsi üçün telefon sifariş etməsi onun sahibkarlıq və ya ticarət məqsədi güdmədiyini sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5.2-ci madəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan **********26938/**********26946 İMEİ kodlu mobil telefon qərar qanuni qüvvəyə mindikdən və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan **********26938/**********26946 İMEİ kodlu mobil telefon qərar qanuni qüvvəyə mindikdən və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar