Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-383/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0043/22 nömrəli, 03 mart 2022-ci il tarixli protokola əsasən Şəxs Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş və 28 mart 2022-ci il tarixdə elektron qaydada ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini, protokola razı olduğunu, heç bir etirazının olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2022-ci il tarixli, 9/9305 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda avtomobil və s. üçün nəzərdə tutulmuş aksesuarların ümumilikdə 17 dekabr 2021-ci il tarixə orta bazar qiyməti təxminən 34 manat müəyyən edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə olunmalıdır. İnzibati xətanın bilavasitə obyekti olmuş mallar – 30 ədəd 7,5 sm diametrli səkkizguşəli şüşə materialdan, şüşə muncuqlu və parçadan (göy və açıq narıncı rəngli) asılqanı olan avtomobil və s. üçün nəzərdə tutulmuş aksesuar və 10 ədəd 9,5 sm diametrli səkkizguşəli şüşə materialdan, şüşə muncuqlu və parçadan (göy və açıq narıncı rəngli) asılqanı olan avtomobil və s. üçün nəzərdə tutulmuş aksesuar qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, 100 (yüz) manat məbləğində ekspertiza xərci Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, yəni 340 manat məbləğin 30 (otuz) faizi – 102 (yüz iki) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar – 30 ədəd 7,5 sm diametrli səkkizguşəli şüşə materialdan, şüşə muncuqlu və parçadan (göy və açıq narıncı rəngli) asılqanı olan avtomobil və s. üçün nəzərdə tutulmuş aksesuar və 10 ədəd 9,5 sm diametrli səkkizguşəli şüşə materialdan, şüşə muncuqlu və parçadan (göy və açıq narıncı rəngli) asılqanı olan avtomobil və s. üçün nəzərdə tutulmuş aksesuar qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-383/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-383/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver