Məhkəmə qərarları › İş №3(003)-385/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-385/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-385/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, X1 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 02 oktyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, təqaüdçü, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1349 nömrəli bağ evində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli MN №1475066 nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11.105 ABŞ dolları məbləğində pul alınaraq X4 ödənilməlidir. xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına yararsız vəziyyətdə olan avtomobillər olması müəyyən edilmişdir. Borclu məhkəmə qərarını icra etmədiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Şəxs həmin cəriməni xx.xx.2021-ci il tarixdə ödəmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Bü günədək borclu 1351 ABŞ dolları ödəniş etmiş və 9754 ABŞ dolları borcu qalmışdır. Eyni zamanda tələb borclunun pensiyasına yönəldilmiş və 2022-ci ilin sentyabr-oktyabr aylarında tutulmalar aparılmışdır. Şəxs hesabında problemlər yarandığından 2022-ci ilin noyabr ayından tutmaların aparılması mümkün olmamışdır. Buna baxmayaraq, borclu 2022-ci ilin noyabrdekabr ayları üçün, 2023-cü ilin yanvar ayı üçün pensiyasından ödənişlər etmişdir. Məhkəmənin qərarı borclu tərəfindən tam icra olunmadığına görə Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırdığını hesab edir. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, hər ay aldığı pensiyanın 50%-i miqdarında ödəniş edir. İcra məmurunun hər çağırışına vaxtında gəlmişdir. xx.xx.2022-ci il tarixdə icra məmurunun çağırışı ilə bağlı o, icra şöbəsinə gəlmiş, icra məmuru onu bir neçə saat gözlətdirmiş, sonra isə nahar fasiləsinə getmişdir. Şəkəri qalxdığına görə özünü pis hiss etmiş və o, məcbur olaraq evinə qayıtmışdır. Buna baxmayaraq, icra məmuru qərəzli olaraq barəsində axtarış qərarı qəbul etmişdir. Bu qərardan onun bu gün məlumatı olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 nümayəndəsi X5 göstərdi ki, borclu qərəzli olaraq məhkəmə qərarını tam icra etmir. Poçt vasitəsilə o, hər dəfə 100 manat məbləğində ödənişlər edir. Lakin bu ümumilikdə hansı məbləğdə ödəniş etməsini bilmir. O, borcun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 11.105 ABŞ dolları məbləğində pul alınaraq X4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından 1 ildən çox müddət keçdikdən sonra eyni icra sənədi üzrə Azərbaycan Respublkası İXM-nin 528.1-1-ci maddəsi ilə MN №1475066, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xətalar haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xəzər rayon icra şöbəsindən daxil olmuş MN № 1475066, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar