Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-387/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 iştirakları 26 may 1982-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X1 and Engineering Group” MMCdə təhlükəsizlik üzrə mühəndis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.3 və 343.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3-ci və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2022-ci il tarixdə “Mitsubishi Pajero-İO” minik markalı **-LU-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edildiyindən, həmin tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında Xəzər rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 göstərdi ki, 23 fevral 2022-ci il tarixdə avtopatrul maşınında xidmətdə olarkən “Mitsubishi Pajero-İO” minik markalı **-LU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü – sonradan adını bildikləri Şəxs hərəkət zamanı İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücüdən spirt qoxusu gəldiyi üçün ondan alkoqollu içki qəbul edib-etməməsi soruşulmuş, o da spirtli içki qəbul etdiyini etiraf etmişdir. Sürücünün yüksək dərəcədə sərxoş olduğunu gördükləri üçün onun idarə etdiyi avtomobil evakuatorla yolun hərəkət hissəsindən götürülmüş, sürücü isə sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü narkoloji dispanserə aparılmışdır. Orada Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, onu 23 fevral 2022-ci il tarixdə Xəzər rayon DYPŞnin 243 nömrəli avtopatrul maşını saxlamış, həmin vaxt onu saxlayan başqa inspektor olmuşdur. Tibbi müayinəyə onu aparan isə Xəzər rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 yox, Kamal adlı yol polisi əməkdaşı olmuşdur. Həkim onu müayinə edən zaman o, həkimin əlindəki alkotester adlanan aparatı kənara çəkərək, əvvəlcə həmin aparatın sertifikatının olub olmadığını soruşmuş və əgər varsa, ona təqdim edilməsini tələb etmiş, lakin ona müayinə aparılan zaman istifadə olunan alkotesterin sertifikatı əvəzinə ümumi sertifikat təqdim etmişlər. Bundan sonra o, həkimdən tələb etmişdir ki, qanından analiz götürülsün, əks təqdirdə, alkotesterə güvəni olmadığı üçün müayinədən keçməyəcəkdir. Onun həmin tələbləri yerinə yetirilmədiyinə görə o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Hesab edir ki, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 fevral 2022-ci il tarixli, 1/830 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon DYPŞ-nin 11 may 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Dövlət X5 balansında olan **-YP-*** çağırışlı yol-patrul xidməti avtomaşınına quraşdırılmış sərt diskindən 23 fevral 2022-ci il tarixdə saat 18:30-dan 19:30-dək olan müddət ərzində ”Mitsubishi” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün qeydə alınmış video görüntülərin çıxarılıb onların ünvanına göndərilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsinə ***-*******2 saylı, 18.04.2022-ci il tarixli məktub ünvanlanmış, lakin əldə edilmiş video görüntüyə baxış keçirilərkən həmin müddət üçün görüntünün əks olunmadığı məlum olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 23 fevral 2022-ci il tarixdə “Mitsubishi Pajero-İO” minik markalı **-LU-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edildiyindən, həmin tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən əsassız imtina etmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında “alkotester adlanan aparata güvəninin olmadığı üçün müayinədən keçməmişdir” izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş materiallarında olan 23 fevral 2022-ci il tarixli, 1/830 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Xəzər rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Xəzər rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-387/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-387/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver