Məhkəmə qərarları › İş №3(003)-387/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-387/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-387/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs 29 dekabr 2022-ci il tarixdə pirotexniki vasitələrinin (satılması qadağan olunmuş malların satılması) ilə məşğul olmuşdur. Bununla əlaqədar Şəxs barəsində 30 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 442-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirdi ki, o xətanı etiraf etmir. Belə ki, həmin vasitələri o uşağı üçün almışdır. Lakin orada ona bildirilmişdir ki, o, pirotexniki vasitələrin satışı ilə məşğuldur və barəsində protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Xəzər RPİ 2-ci PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ 2-ci PŞ-nin nümayəndəsi məhkəməyə gəlməmişlər və onlar işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Xəzər RPİ 2-ci PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs satılması qadağan olunmuş malların satılması ilə məşğul olmamışdır. O, həmin vasitələri uşağı üçün almışdır. Belə ki, məhkəmə iclası zamanı izahat verən Şəxs bildirdi ki, Bizim Market mağazasında işçi kimi fəaliyyət göstərir, xx.xx.2022-ci ildə Sədərək Ticarət Mərkəzinə alışveriş üçün getmişdir, ordan uşağı üçün yenil il bayramında atəşfəşalıq üçün 2 manata 1 qutu pirotexniki partlayıcı almşdır. Bundan sonra işə qayıtmış və həmin pirotexniki partlayıcını ayrıca saxlayaraq, işdən sonra evə aparmaq niyyəti olmuşdur. Qeyd edilən pirotexniki partlayıcını satmaq niyyəti olmamışdır və bu barədə də polis əməkdaşları sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar