Məhkəmə qərarları › İş №3(003)-389/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-389/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-389/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, X1nun və onun vəkili Vəkil, Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 iştirakları ilə X3 Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yenidən araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, X7 yanında Quliyeva natalya Hidayətovnaya məxsus olan və etibarnamə əsasında Emil Quliyev tərəfindən idarə olunan “Hyundai Santafe” markalı, **- UL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun etibarnamə əsasında idarə etdiyi «Ford Transit» yük markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı 28 yanvar 2022-ci il tarixdə Bakı şəhər X10 İdarəsinin YNH inspektoru Qanuni nümayəndə1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Eyni zamanda 28 yanvar 2022-ci il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. O, 27 yanvar 2022-ci il tarixdə Xəzər rayonu, X9 istiqamətində hərəkət edərkən və baş yolla yolayrıcına yaxınlaşarkən qəflətən yolayrıcından “Hyundai Santafe” markalı, **-UL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi baş yol ilə hərəkət edən nəqliyyat vasitələrini buraxmalı olduğu halda bunu etməyərək yol ver nişanının tələblərini pozaraq baş yol istiqamətində hərəkət etməyə başlamışdır. Həmin nəqliyyat vasitəsi yol hərəkəti qaydasını kobud şəkildə pozaraq idarə etdiyi nəqliyyat vasitəsinə yol verməməsi nəticəsində nəqliyyat hadisəsinin baş verməsinə zəmin yaratmışdır. Bakı şəhər X10 İdarəsinin YNH inspektoru 27 yanvar 2022-ci il tarixdə hadisə yerində olmuş, şəxsiyyətini və digər zəruri məlumatları əldə etmək imkanında olduğuna baxmayaraq inzibati xəta haqqında protokolu növbəti gün tərtib etmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq təqdim olunmamış, SMS bildiriş, nə də ki, yaşadığı ünvana poçt vasitəsi ilə heç bir sənəd göndərilməmişdir. O, qərarı 21 iyun 2022-ci il tarixdə almış və 05 iyul 2022-ci il tarixdə məhkəməyə şikayət etmişdir. Lakin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı onun şikayət ərizəsi baxılmadan geri qaytarılmışdır. Halbuki onun tərəfindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X1nun vəkili Vəkil şikayəti müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 şikayəti qəbul etməyərək göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə, saat 18:05 radələrində «Ford Transit» yük markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 Əliyev prospekti ilə Mərkəz istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək köməkçi yolda dayanan vəziyyətdə olan “Hyundai Santafe” markalı, **-UL- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Hyundai Santafe” markalı avtomobil də, dayanan vəziyyətdə olan “VAZ 2106” markalı avtomobili vurmuşdur. 28 yanvar 2022-ci il tarixdə hadisəni əks etdirən videogörüntüyə baxılmış və baş vermiş hadisə ilə bağlı «Ford Transit» yük markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 təqsiri müəyyən olunduğundan barəsində 28 yanvar 2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Baş vermiş hadisədə “Hyundai Santafe” markalı və “VAZ 2106” markalı avtomobillərin sürücülərinin günahı olmamışdır. X4 izahat yazaraq hadisəni törətməkdə özünü təqsirli bildiyi üçün TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X4 inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında elektron qərarı həmin gün imza edərək qəbul etmiş, sonra isə 40 manat cəriməni ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 27 yanvar 2022-ci il tarixdə, saat 18:05 radələrində «Ford Transit» yük markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobil ilə 27 yanvar 2022-ci il tarixdə, saat 18:05-də Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə, saat 18:05 radələrində «Ford Transit» yük markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərarı imza edərək qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X1 TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 21 iyun 2022-ci il tarixdə aljığını və 05 iyul 2022-ci il tarixdə məhkəməyə şikayət etdiyini bildirərək qərardan şikayət vermə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxılmışdır. Belə ki, Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 həmin qərarı imza edərək qəbul etmişdir. Bundan başqa məhkəmədə müəyyən olundu ki, «Ford Transit» yük markalı, **-JO- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 27 yanvar 2022-ci il tarixdə, saat 18:05 radələrində nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Buna görə də, onun barəisndə Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən İXP seriyalı ******* nömrəli 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərarı imza edərək qəbul etmiş və cəriməni ödəmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər X10 İdarəsinin yol nəqliyyat hadisələri inspektoru Qanuni nümayəndə1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar