Məhkəmə qərarları › İş №3(003)-39/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-39/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-39/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X13 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər X13 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:45-də Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində “Hyundai Sonata” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən heç bir qanun pozuntusuna yol verməməyinə baxmayaraq DYP əməkdaşı tərəfindən saxlanılmışdır. DYP əməkdaşı polis baş leytenantı X7 “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tək idarə edirdi. O, maşını saxlayıb YPX əməkdaşını gözləmişdir. O, tək olduğundan maşından aşağı düşmədi və nəticədə o tələsdiyi üçün ona yaxınlaşmışdır. YPX əməkdaşından onu saxlama səbəbini soruşanda alkotester edəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. O, polisin ona tərəf çevirdiyi aparata üfürmüşdür. YPX əməkdaşı ona sərxoş olduğunu demişdir. O, ona içki qəbul etmədiyini bildirmişdir. Həkim müayinəsinə getmək istədiyini bildirmişdir. YPX əməkdaşı onun qanuni tələbini rədd etmişdir. Ona bildirmişdir ki, o polis şöbəsinə, avtomobil isə cərimə meydançasına getməlidir. O, onun dediklərinin tam qanunsuz olduğunu, əsassız olduğunu demişdir. Ona tələsdiyini bildirmiş, qeyd etmişdir ki, o broyler cücəsi biznesi ilə məşğul olur. Cücələrin suyunu bir neçə saatdır bağlamışdır, onlara təcili su vermək lazımdır. Əks təqdirdə təsərrüfat məhv olacaqdır. YPX əməkdaşı onun dediklərinə məhəl qoymamışdır. Onlardan bir az aralıda “Toyota Prius” markalı avtomobil dayanmışdı. Bu işin qurma olduğunu düşündü, həm də saxladığı broyler cücələrinə su verməli idi deyə öz avtomobilinə əyləşib fermaya doğru irəliləməyə başladı. Hərəkət zamanı güzgüdən YPX əməkdaşının sayrışan işıqları yandırmadan arxasınca gəldiyini gördü. O, idarəetməni itirib avtomobilin sağ tərəfini hasara vurmuşdur. Sonra həmin gördüyü “Toyota Prius” markalı avtomobil onun qarşısında dayandı. Həmin avtomobilin içərisindən polis serjantı və iki nəfər mülki şəxs düşdülər. Mülki şəxslərdən biri avtomobilin sağ təkərini bıçaqla deşmişdir. O maşından düşərkən onun üstünə şığıyaraq ona bərk zərbələr endirmiş və nalayiq ifadələrlə təhqir etmişlər. Onu vura-vura YPX avtomobilinin arxa oturacağına məcburi mindirdilər və şəxsi telefonunu əlindən aldılar. Onun avtomobilini mülki geyimli şəxs təkəri deşik vəziyyətdə "xxxx" Şirkətinin qarşısına sürmüşdür. O təkəri deşik vəziyyətdə sürməyinə etiraz etsə də, əhəmiyyət verilmədi. Şirkətin qarşısında təkəri ehtiyyat təkərlə əvəzləsə də, həmin təkər də boşaldı. Ondan sonra maşını cərimə meydançasına aparmaq üçün evakuator çağırdılar. Saat 01:40-da onun maşınını evakuator cərimə meydançasına apardı. YPX əməkdaşı onun telefonunu qaytarandan sonra o taksi sifarişi vermişdir. Saat 02:15-də Nizami metrosunun yaxınlığında yerləşən Narkoloji İdarədə alkoloji testdən keçmişdir. Nəticə məlum oldu ki, o həqiqətən də spirtli içki qəbul etməmişdir. Onun analiz verməyə getməsindən cəmi 35 dəqiqə keçmişdi. YPX əməkdaşı ona dedi ki, sabah Badamdarda yerləşən DYP İdarəsinə ikinci mərtəbə 30-cu otağa yaxınlaşsın. O, səhəri gün oraya getmiş və içkili olmadığını bildirmişdir. Ondan 200 manat almaqla avtomobili cərimə meydançasından buraxmışlar. Bütün bunlara baxmayaraq TP6786686 saylı qərar verərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. O, həmin qərarla razı deyil. Belə ki, o sərxoş vəziyyətdə olmamış, qanun pozuntusuna yol verməmişdir. Ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və şikayət ərizəsinə uyğun izahat verdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, X3 şikayətini Bakı şəhəri BPİ-nin X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız sayırlar. Belə ki, özünə məxsus avtomobili içkili vəziyyətdə idarə etməsi xx.xx.2024 il tarixdə, saat 00:01 aparılmış alktester müayinəsi zamanı aşkar edilmişdir. Əlixanov izahat yazaraq göstərmişdir ki, alkotesterin nəticəsi ilə razıdır, həkimə getməyə ehtiyac yoxdur, bir daha belə hallara yol verməyəcək. Göründüyü kimi inspektorun əlavə müayinə olunmaq üçün həkimə getmək təklifi ilə o razılaşmamış, bunu izahatı ilə təsdiq etmişdir. Bir neçə saat sonra onun həkim müayinəsinə getməsi isə şübhələr doğurur və əhəmiyyətsizdir. Çünki orqanizmin xüsusiyyətinə görə bədəndə spirtin miqdarı 1 saatda 0.1-0.2 promil miqdarında qədər azala bilər, digər tərəfdən isə spirtin miqdarının süni yollarla azaldılması mümkündür. Öz təşəbbüsü ilə müayinəni bizim müayinədən 3 saata yaxın sonra keçirib və bu boyda müddət ərzində spirtin miqdarı kifayət qədər enə bilərdi. Bu kateqoriya işlərlə bağlı mütəxəssis rəylərinə əsasən məhkəmələrin gəldiyi qənaət belədir. Əlixanov bildirir ki, cücələrə yem verəcəyi, tələsdiyi üçün həkim müayinəsinə inspektorla bərabər getməyib. Bu dəlil absurddur, çünki onun vaxtı yox idisə ona müayinəyə niyə 2 saat, 15 dəqiqə sonra gedirdi? Və inspektorun həkimə getmək təklifi ilə razılaşmıırdı? Bütün bunlar şübhələr doğurur və haqqında icraat aparılan şəxsin səmimi olmadığını göstərir. İnzibati xəta haqqında işə aid sənədləri, həkim rəylərini təqdim etməklə işə iştirakları olmadan baxılmasını və şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhər X13 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX İnspektoru polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inziabti xəta haqqında protokolun surətindən görünür ki, X5 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Bakı şəhər X13 İdarəsinin polis polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. -xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Hyundai Sonata” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa evakuator vasitəsilə gətirilmişdir. - xx.xx.2024-cü il tarixli alkotester qəbzindən görünür ki, saat 00:01-də keçirilən yoxlama zamanı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobiloin sürücüsü X4 0.488 %o alkoqol sərxoşluğu müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan aydın olur ki, saat 02-15-də aparılan yoxlama zamanı X4 alkoqol sərxoşluğu müəyyən edilməmişdir; -X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilmiş və məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Bakı şəhər X13 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar