Məhkəmə qərarları › İş №3(003)-392/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-392/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-392/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: X3 xx xxxxxx 2021-ci il tarixdə “Dacia Logan” minik markalı **-VL-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis baş leytenantı X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə avtomobili Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı içkili olduğu məlum olmuşdur. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır, habelə idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin maddi ehtiyaclarını ödəyir, nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılacağı təqdirdə bu halın onun maddi durumuna mənfi təsir göstərəcəkdir. Buna görə də barəsində cərimə növündə tənbeh edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X1 əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov İŞ № 3(003)-1356/2020 BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ QƏRARDAD (inzibati xəta haqqında işin baxılması müddətinin uzadılması haqqında) xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, X3 barəsində Bakı şəhəri BPİ Dövlət X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X3 xx xxxxxxxx 2020-ci il tarixdə “Mercedes Benz A160” minik markalı **-EP-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis kapitanı X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, X3 və Bakı şəhəri BPİ Dövlət X7 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işin hallarının tam, ətraflı, obyektiv araşdırılması və onun ədalətli həll olunması üçün işin baxılması müddəti uzadılmalı və inzibati xəta törətmiş X3 və Bakı şəhəri BPİ Dövlət X7 nümayəndəsi nümayəndəsi məhkəmə iclasına çağırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Bakı şəhəri BPİ Dövlət X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması müddəti bir ayadək müddətə uzadılsın. Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar