Məhkəmə qərarları › İş №3(003)-392/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-392/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-392/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X5 iştirakları ilə, 06 aprel 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 10 mart 2022-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Xəzər rayon Məhkəməsinin 2(003)-3754/2020 saylı, 11.12.2020-ci il tarixli icra vərəqəsinə əsasən 608 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-1480/2021 saylı, 25.02.2021-ci il tarixli icra sənədinə əsasən 1067 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan əlavə Xəzər rayon Məhkəməsinin 2(003)-1727/2021 saylı, 29.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1581,20 manat məbləğində pul vəsaiti Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. 10 mart 2022-ci il tarixli qərar ilə hər üç icra sənədi Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 icraatında birləşdirilmişdir.İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hal-hazırda onun icra sənədləri üzrə ümumi borcu 3306 manat təşkil edrir. İcra sənədləri üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olubolmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Borclunun adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin pul vəsaitləri aşkar edilməmişdir. Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün onun barəsində 04 iyun 2021-ci il tarixdə axtarış elan edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək icra sənədləri üzrə müəyyən olunmuş borcu ödəməməyinin səbəbini uzun müddətdir işsiz olması ilə əlaqələndirmiş, lakin yaxın müddət ərzində icra sənədləri üzrə borcu ödəyəcəyini hissə-hissə qeyd etmişdir. Bu səbəbədən inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)- 3754/2020 saylı, 11.12.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 608 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)- 1480/2021 saylı, 25.02.2021-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, 1067 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)- 1727/2021 saylı, 29.04.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 1581,20 manat məbləğində pul vəsaiti Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10.03.2022-ci il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-3754/2020 saylı, 11.12.2020ci il tarixli; Xəzər rayon Məhkəməsinin 2(003)-1480/2021 saylı, 25.02.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(003)-1727/2021 saylı, 29.04.2021-ci il tarixli icra sənədləri şöbənin icra məmuru X2 icraatında birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 14.10.2021-ci il tarixli, 06.05.2021-ci il tarixli və 15.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs icra sənədləri üzrə tələbin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. İş materialında əlavə edilmiş müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavab məktublarının surətindən görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materialında əlavə edilmiş 04.06.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan eilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs hər üç icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Xəzər rayon İcra Şöbəsinin icra məmuru E.Fərzəliyev tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 06 aprel 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar