Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-395/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 27.11.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş protokolun və çıxarılmış qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizə təqdim edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 27.11.2020ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi üzrə buraxılmış müddətin bərpa olunması, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 tərəfindən şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 27.11.2020-ci il tarixində özünə məxsus **-UL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobillə Bakı-Qazax magistral yolunun 77 km-də hərəkətdə olarkən onunla eyni istiqamətdə, eyni hərəkət zolağında hərəkətdə olan X9 tərəfindən kirayə götürülərək idarə edilən **-LT-*** dövlət qeydiyat nişanlı “Huyndai Elantra” markalı avtomobil ilə qəza törətmiş və qəza zamanı avtomobilinə xəsarət yetirilmişdir. Hadisə yerinə gələn **-YP-*** DYP avtomobilində olan iki polis əməkdaşı ilkin baxış zamanı qəzanın “Hyundai Elantra” markalı avtomobilin sürücüsü tərəfindən törədildiyini deyib avtomobillərin hadisə yerində əlavə ekspertizanın aparılmasına ehtiyac olmadığını da şifahi şəkildə bildirərək avtomobillərin yaxınlıqdakı Nəvahi DYP Postuna aparılaraq orada sənədləşmə işlərinin aparılmasını bildirmişlər. “Hyundai Elantra” markalı avtomobil posta gətirilsə də onun avtomobili yolun kənarında qalmışdır. DYP əməkdaşları tərəfindən foto çəkliş, video çəkliş olmadan, hadisə yerində heç bir ölçmə işi aparılmadan postun isti ofisində sənədləşmə işləri aparılaraq hadisə yerinin sxemi çəkilmişdir. Sxemi şərh edən polis əməkdaşı sənəddə yalnız avtomobillərə dəymiş zərərin yazıldığını bildirmiş və onun avtomobilinin sənədlərini özünə qaytararaq ona “gedə bilərsən” demişdir. Lakin bir müddət sonra elektron səhifəsinə baxış zamanı məlum olmuşdur ki, hadisəyə görə barəsində protokol tərtib edilmiş, Azərbaycan Respublikasının İXM-nin 327.1 ci maddəsinə əsasən ona 40 manat məbləğində cərimə yazılmışdır. DYP əməkdaşlarının tərtib etdiyi protokolu düzgün hesab etmədiyi üçün 28.11.2020-ci il tarixdə DİN-ə müraciət etmiş, 30.12.2020-ci il tarixində DYP İdarəsinin baş ofisinə dəvət edilmiş, orada isə ona bildirmişlər ki, güya o gedib həmin maşına dəymişdir. Haqqında yazılmış protokolla bağlı verilmiş qərarı tələb etdikdə isə məlum olmuşdur ki, qərar 27.11.2020-ci il tarixində verilmişdir. Qanunvericiliyə əsasən verilmiş qərar iki gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə təqdim edilməli olduğu halda, nə elektron səhifəsində həmin qərar yerləşdirilmiş, nə də ki, kağız daşıyıcıda və s. formada qərar ona çatdırılmışdır. Bu da Azərbaycan Respublikasının İXMnin 57-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsinə əngəl yaratsa da Azərbaycan Respublikası DİN BDYPİ-nə 28.11.2020 ci il tarixində etdiyi müraciətin cavabı olaraq 30.12.2020-ci il tarixli cavab məktubu əsasında 08.01.2021-ci il tarixində Bakı şəhər Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin ərizəsində çatışmamazlıqların olduğu əsas gətirilərək müraciəti geri qaytarılmışdır. Məhkəmənin 11.01.2021-ci il tarixli cavab məktubu 04.02.2021-ci il tarixində “Azərpoçt”a təqdim edilmiş və məktub ona 09.02.2021-ci il tarixində çatmışdır. Ondan aslı olmayan səbəblər üzündən müraciətlərində baş vermiş gecikmələrin üzrlü hal kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatının mətnini məhkəməyə təqdim edərək göstərdi ki, keçrilən məhkəmə iclaslarında dəfələrlə haqqında çıxarılmış qərarın ləğvi ilə bağlı polis əməkdaşı X1 əsassız iddalarına cavab vermiş, bir daha da bildirir ki, bu şəxsin əməlində şübhəli məqamların olduğu onun öz izahatından da məlumdur. Əməkdaş iddia edir ki, əlində kamera görüntüləri var, maşın hərəkətdədir. Onun avtomobili 09.04.2021-ci il tarixdə təmir olunmamış vəziyyətdə Qala-Zığ dairəsini birləşdirən beton yol deyilən yolda hərəkətdə olmuş və servisə getmişdir. Avtomobil rənglənməmiş və bütün xəsarət aldığı hissələr aşkar şəkildədir, hətta baxış da keçirilə bilər. İkinci bir tərəfdən polis əməkdaşı bu iddaisının hansı qanunlara söykəndiyini söyləsin. Avtomobilin hərəkətdə olub-olmamasının barəsində yazılmış əsasız protokolla nə əlaqəsi var? Sadəcə polis əməkdaşı özünü müdafiə etmək üçün bu cür əsassız iddia ilə çıxış edir. İkinci bir məsələ - polis əməkdaşı avtomobilin sığortasının olmamasını qeyd edir. Əgər avtomobilinin sığortası yoxdursa, niyə barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir? Yəqin ki, bu suala polis əməkdaşı özü cavab verə bilər. Bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cu maddəsini polis əməkdaşı rəhbər tutaraq sığortası olmayan avtomobili aşkarlayan kimi inzibati tənbeh tədbiri görməli idi. Bu gün polis əməkdaşı yazdığı protokolu və verdiyi qərarı bununla əsaslandıra bilməz. Ötən məhkəmə iclaslarında da qeyd etdiyi kimi, o, 27.11.2020-ci il tarixində Bakı-Qazax magistral yolunun 77-ci km-də hərəkətdə olarkən digər avtomobilin sürücüsü qəza törədərək onun avtomobilinə xəsarət yetirmiş və hadisə yerinə gələn polis əməkdaşı Hüseynov Hüseyn hadisəni düzgün qiymətləndirməmiş, iş düzün aparılmamışdır. Barəsində çıxarılmış qərar əsassızdır və ləğv edilməsini tələb edir. Bir məqamı da vurğulayır ki, digər sürücü öz izahatında bildirir ki, ona eyni istiqamətdə eyni zolaqda hərəkətdə olmuşdur. Onunla eyni zolaqda və ondan arxada hərəkətdə olan avtomobil qanuna müvafiq şəkildə avtomobillər arasında olan ara məsafəsini saxlamadığını açıq etraf etmişdir. Lakin polis əməkdaşı həmin sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.1 ci maddəsinin 4 bəndini (Ara məsafəsi saxlamaq) tətbiq etməmişdir. Bununla da “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 50-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən “Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”. Həmçinin digər sürücünün izahatında qeyd etdiyi ötmə əməliyyatı ilə bağlı iddiasının özü belə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin tələblərini pozduğunu açıq şəkildə göstərir. Belə ki, həmin Qanunun 51-ci maddəsinə əsasən “ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq”. Polis əməkdaşları şəxsin izahatındakı bu məqamıda göz ardı etmişlər. Digər sürücü barəsində verilməli olan inzibati tənbehi onun üzərinə atmışdır. Polis əməkdaşı Hüseynov Hüseyn “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinin tələblərini də pozmuşdur. Həmin bəndə əsasən xətalar nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunur və protokol əlavə edilir. Sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini bərpa etmək imkanı verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən X14 əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və hal şahidləri tərəfindən imzalanır. 10.5-ci bəndinə əsasən inzibati xəta törədilməsi nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Yazılı izahatlar alınanda hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair suallar dəqiqləşdirilir; 10.6. Hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra inzibati xəta haqqında protokol; yol-nəqliyyat hadisəsi yerinin sxemi; hadisə iştirakçılarının və şahidlərin izahatları; yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi tərtib olunur. Həmçinin həmin bənddə göstərilir ki, hadisənin rəsmiləşdirilməsi zamanı YPX inspektoru patrul avtomobilində quraşdırılmış məsafədən səs ötürən mikrofonu işlək vəziyyətdə saxlamaqla videokamera vasitəsilə hadisə yerinin görüntüsünü qeydə almaqla nəqliyyat vasitələrinin sürücülərindən və şahidlərdən zəruri məlumatlar alır. Lakin polis əməkdaşı bunu da etməyərək hadisənin düzgün qiymətləndirilməsinə də daha bir əngəl törətmişdir. Yuxarda deyilənlərlə yanaşı, avtomobillərin xəsarətinə baxdıqdan sonra da aydın olur ki, digər avtomobil həmçinin sürət həddini də aşıb bu qəzanı törədib. Bu da İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinin tələblərini pozur. Niyə polis əməkdaşı kamera görüntüləri ilə radarlar olmasa belə, bir hərəkət nöqtəsindən digər hərəkət nöqtəsinə çatma vaxtını nəzərə alaraq avtomobilin hansı sürətlə idarə olunduğunu müəyyənləşdirməmişdir? Çünki, ona onu hansısa maraqlara görə günahlandırmaq lazım idi. Bir məsələyə də bir daha diqqət çəkir: “Yolpatrul xidməti haqqında Təlimat”ın 10.3.3. bəndində açıq şəkildə göstərilir ki, hadisə baş verən yerə gələn Yol Patrul əməkdaşı patrul avtomobilində quraşdırılmış videokameranı işlək vəziyyətdə saxlamaqla hadisəyə aidiyyəti olan maddi sübutların, izlərin, əmlak və digər əşyaların tamlığı və qeydə alınması üçün tədbirlər görür, bort-kompüter vasitəsi ilə hadisə yerinin şəklini çəkir. Ancaq hadisə yerinə gələn polis əməkdaşı bunu etməmişdir. İkinci bir fakt hadisə zamanı yerində qiymətləndirmə apırlmadığını polis əməkdaşıda digər sürücü də etraf etmişdir. Bu da “Yol-patrul xidməti haqqında Təlimat”ın 10.3.5-ci bəndinə tamamilə ziddir. Həmin bənddə göstərilir ki, hadisə yerinə gələn YPX əməkdaşı nəqliyyatın dolayı yolla hərəkətini təşkil edir, bunun mümkün olmadığı halda isə hadisə iştirakçıları və iki hal şahidinin iştirakı ilə nəqliyyat vasitələrinin yeri, hadisənin izlərini və aidiyyəti olan digər əşyaları qeydə alıb, bundan sonra hərəkətin bərpa olunması üçün tədbirlər görür. Lakin hadisə yerinə gələn polis əməkdaşı bunların heç birini etməmişdir. Bu səbədən də sadaladığı faktlara və qanunlara istinadən barəsində çıxarılmış qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirdi ki, 27.11.2020-ci il tarixdə X6 məxsus **-UL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobillə Ağsu rayonuna gedərkən Atbulaq deyilən yerdə döngədə olarkən “KAMAZ” markalı yük avtomobilləri keçib qurtardıqdan sonra avtomobilin arxasında anidən səs gəlmiş və maşın fırlanaraq yoldan çıxıb yolun kənarında daşlıq ərazidə dayanmış, digər avtomobil isə yolun ortasında yola çarpaz istiqamətdə dayanmışdır. 15-20 dəqiqə sonra DYP əməkdaşları gələrək öz mobil telefonları ilə şəkil çəkdikdən sonra sürücülərlə birlikdə Nəvahi postuna getmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 məhkəmənin əvvəlki iki iclasında iştirak edərək şikayətin əsassız olduğunu bildirmiş, əlavə sübut təqdim edəcəyini bildirərək məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə baxışının sonrakı iclasına gəlməmiş və teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasına gələ bilmədiyini göstərib işə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Baş X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27.11.2020-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Bakı-Qazax yolunun 77 km-də əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulmasına görə X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmədə müəyyən edildi ki, X8 Baş Dövlət Yol Polis İdarəsinə 28.11.2020 ci il tarixində etdiyi müraciətin cavabı olaraq 30.12.2020-ci il tarixli cavab məktubu əsasında 08.01.2021-ci il tarixində Bakı şəhər Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin ərizəsində çatışmamazlıqların olduğu əsas gətirilərək müraciəti geri qaytarılmışdır. Məhkəmənin 11.01.2021-ci il tarixli cavab məktubu məhkəmə tərəfindən 04.02.2021-ci il tarixində “Azərpoçt”a təqdim edilmiş və məktub X6 09.02.2021-ci il tarixində çatdığından şikayət vermə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 27.11.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən şikayət vermə müddəti üzrlü səbəblərdən buraxılmışdır, ona görə də bərpa edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir (Təlimata 18 nömrəli əlavə). Həmin Təlimatın 10.6-cı bəndinə əsasən hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur: 10.6.1. inzibati xəta haqqında protokol; 10.6.2. yol-nəqliyyat hadisəsi yerinin sxemi; 10.6.3. hadisə iştirakçılarının və şahidlərin izahatları; 10.6.4. yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi; 10.6.5. hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport. 10.7. Sürücüsü hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda DYP əməkdaşı ona baxış keçirir, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmaqla nəticəsi ilə bağlı protokol tərtib edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Həmçinin, məhkəmə hesab edir ki, Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 və 51-ci maddələrinin tələblərinin hansı sürücülər tərəfindən pozulub-pozulmaması araşdırılmamış, “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndində göstərilən yolnəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, sürücülər tərəfindən imzalanmış, lakin hal şahidləri tərəfindən imzalanmamışdır. Eyni zamanda Həmin təlimatın 10.2.7-ci bəndinin tələbi pozulmuşdur. Belə ki, hər iki avtomobildə olan hadisəyə aidiyyəti olan sərnişinlər haqqında məlumatlar qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X8 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114-117, 128-130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 27.11.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən şikayət vermə müddəti bərpa edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Vİİ tağımının polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 27.11.2020ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-395/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-395/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver