Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-398/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakları ilə X4 X16 xidməti Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X9 şikayəti onunla əsaslandırmışdır ki, X5 və digərlərinin qanunsuz və əsassız obyekt sahibi Rizvan adlı şəxs tərəfindən öncədən hazırlanmış şikayətləri əsasında X16 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi tərəfindən heç bir araşdırma aparmadan, təqdim etdiyim möhtəbər sübutlara əhəmiyyət vermədən barəsində protokol tərtib edilmiş və 27 yanvar 2022-ci il tarixli, MN ******* saylı Qərarla inzibati tənbeh vermə cəzası olaraq 4000 (dörd min) manat cərimə cəzası tətbiq edilmişdir. Həmin qərar ona rəsmi olaraq 24 fevral 2022-ci il tarixdə verilmiş və onun həmin qərardan şikayət vermək müddə 06 mart 2022-ci il tarixədəkdir. Hesab edir ki, aşağıdakilara əsasən həmin qərar tam əsassız və qanunsuzdur. Belə ki, sentyabr ayında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsində Rizvan adlı şəxsə məxsus olan obyekti Təlim-Tədris ocağı olaraq icarəyə götürmək istəmişdir. Bu barədə obyekt sahibi ilə razılaşmaları olmuş və obyekt sahibinin təkidi ilə aşağı qiymətə razılaşma əldə etmək niyyəti ilə onun tərəfindən təklif olunmuş X22-Tədris ocağına rəhbər təyin edilmişdir. Ona bu iş xidməti müqavilə əsasında müvəqqəı olaraq, yəni obyekt tam fəaliyyətə başlayan müddətədək həvalə edilmişdir. X23 tanıdığı vətəndaşları işə dəvət etmiş, onlarla qanunsuz olaraq onun xəbəri və razılığı olmadan tədrisin fəaliyyətinə köməklik məqsədilə pullar alınmışdır. Lakin ona peşəkar xidmət göstərən şəxslər kimi təqdim olunduğundan onlarla aralarında xidməti müqavilələr bağlanmışdır. Ona məlumat verilən kimi məsələni araşdırmış və hadisə barədə Pərnaz Əliyevadan ətraflı məlumat tələb etmişdir. X23 bildirmişdir ki, həmin şəxslərdən özü köməklik məqsədilə pullar almış və tədrisin texniki məsələlərinin həlli üçün avadanlıqlar almışdır. Bütün dediklərini də, yazılı əlyazma ilə təsdiq edərək ona təqdim etmişdir. Onun tərəfindən isə vətəndaşların pullarının qaytarılması Pərnaz Əliyevadan tələb olunmuşdur. Bu səbəbdən də, obyekt sahibinin dəstəyi ilə 1 ay ərzində müqavilə müddəti bitməmiş qanunsuz olaraq obyektin boşaldılması ondan tələb olunmuşdur. Obyekt sahibinin və yanında gətirdiyi tanımadığı şəxslərin tələbi ilə obyekt boşaldılmışdır. Daha sonra ona məlum olmuşdur ki, obyekt sahibi Pərnaz Əliyeva ilə əlbir olduğundan və onun qanunsuz əməllərindən məlumatı olduğu üçün öncədən onun xəbəri olmadan "xxxx" MMC-nin ünvanına obyektin boşaldılması barədə xəbərdaılıq məktubu da, göndəribmiş. Obyekt boşaldıqdan sonra da, Rizvan adlı şəxsin dəstəyi ilə Pərnaz Əliyevanın cinayətini gizlətmək üçün əvvəlcədən şəxsən tanıdığı şikayətçilərin adından hər yerə şikayət ərizələri yazılaraq göndərilmişdir. X25 almasına baxmayaraq onun rəhbəri olduğu müəssisədə baş verdiyindən həmin pullar onun tərəfindən vətəndaşlara tam olaraq qaytarılmışdır. Təbii ki, reqress hüququndan istifadə edib günahkar şəxslərdən ödədiyi pulları məhkəmə qaydasında tələb edəcəkdir. Beləliklə şikayətlərin biri də, X16 Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir və əmək müfəttişinə 64 vərəqdən ibarət sübutlar təqdim etməyinə baxmayaraq həm hüquqi şəxs, həm də, onun barəsində protokol tərtib edilmiş və barəsində 4000 manat cərimə cəzası tətbiq edilərək qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X12 şikayəti qəbul etməyərək göstərdi ki, şikayətçilər X7, X10 və X3 Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlayaraq "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlədiklərini bildirmişlər. Bununla bağlı X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılmış yoxlama zamanı "xxxx" MMC-nin rəhbəri X9 tərəfindən vətəndaş X7 və digərlərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi, onların tapşırıq müqaviləsi əsasında işlədikləri müəyyən olunmuşdur. Buna görə də, X2 Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin rəisi Həmid Ədhəmovun MN seriyalı ******* nömrəli, 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Qərarın qanuni, şikayətin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X16 Xidməti Bakı şəhər idarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X7 və digərləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiklərindən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmədə müəyyən olundu ki, vətəndaş X7 və digərləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiklərindən X16 xidməti Bakı şəhər idarəsinin rəisi Həmid Ədhəmovun MN seriyalı ******* nömrəli, 27 yanvar 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Bundan başqa X9 MN seriyalı ******* nömrəli 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 24 fevral 2022-ci il tarixdə almış və 11 mart 2022-ci il il tarixdə şikayət məhkəməyə daxil olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 X16 xidməti Bakı şəhər idarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 27 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-398/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-398/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver