Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-399/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1980-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, 6 uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Bağlar Massivi, nömrəsiz evdə kirayədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 mart 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsindəki həyətindən elektrik naqilini oğurlayaraq M.X.Quliyevə 100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyev tərəfindən 22 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 mart 2022-ci il tarixli protokola əsasən Şəxs 13 fevral 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 563 saylı bağ evindən elektrik naqilini oğurlayaraq Z.E.Nəcəfzadəyə 90-100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən 23 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 12 mart 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, YYS-də yerləşən həyətindən elektrik naqilini oğurlayaraq M.H.Muradova 90-100 manat məbləğində zərər vurmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayev tərəfindən 06 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 2-3 il olar ki, psixotrop maddə olan metamfetamindən çəkməklə istifadə edir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 30 gün müddətinə həbs edilmişdir. Maddi cəhətdən ehtiyacı olduğuna görə həmin oğurluq əməllərini törətmişdir. Əvvəllər tanımadığı şəxslər olan X3 Zirə qəsəbəsində yerləşən və hasarı olmayan həyətindən oğurladığı naqilləri metal qəbulu yerində 33 manata, X5 məxsus olan Zirə qəsəbəsində yerləşən yarımtikilidən oğurladığı naqilləri təxminən 30 manata, X1 Zirə qəsəbəsində yerləşən həyətindən oğurladığı naqilləri isə 60 manata satmışdır. Əldə etdiyi pulları ailəsinin ehtiyaclarına və narkotikə xərcləmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Xəzər rayonu, Zirə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər rayon 1-ci polis şöbəsinə gətirilmişdir. Zərər çəkmiş şəxslərin ziyanı ödənilməmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsindəki həyətindən elektrik naqilini oğurlamış və ona 100 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, Şəxs 13 fevral 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 563 saylı bağ evindən elektrik naqilini oğurlayaraq Z.E.Nəcəfzadəyə 90-100 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, YYS-də yerləşən həyətindən 90-100 manat dəyərində elektrik naqilini oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Xəzər Yolçuyevin 22 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 12 fevral 2022-ci il tarixdə X4 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Mövsüm bağlarında yerləşən evinin həyətindən 100 manat dəyərində olan elektrik naqili oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 məxsus olan elektrik naqilinin oğurlamış şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyevin 23 fevral 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 13 fevral 2022-ci il tarixdə X5 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, “İşinçi” bağlar massivində yerləşən yarımtikili bağ evinin həyətindən 90-100 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Z.E.Nəcəfzadəyə məxsus bağ evinin həyətindən elektrik naqilini oğurlamış şəxs(lər) müəyyən olunduqda barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən Xəzər rayon 1-ci PŞ-nin təhqiqatçısı Zaur Babayevin 06 yanvar 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində X2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, YYS-də yerləşən həyətindən 50 metr uzunluğunda 90-100 manat dəyərində elektrik naqili oğurlanmışdır. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, H.M.Muradova məxsus 50 metr uzunluğunda 90-100 manat dəyərində elektrik naqilini oğurlayan şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətə inzibati həbs edilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməli, 2-3 ildir ki, psixotop maddə olan metamfetamindən istifadə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 mart 2022-ci il tarixdə saat 12:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 12 mart 2022-ci il saat 12:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-399/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-399/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver