Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-4/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, 17.10.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 16 may 2020-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 16 may 2020- ci il tarixdə, saat 08:23-də idarə etdiyi «Mercedes Benz 300 D» minik markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs bildirdi ki, 16 may 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 300D”minik markalı **-ZJ-*** qeydiyyat nömrə nişanlı avtomobillə aeroport yolunda hərəkətdə olarkən heç bir qanun pozuntusuna yol vermədiyi halda X3nin əməkdaşları tərəfindən saxlanılaraq alkoqollu içki qəbul edibetməsi soruşulmuş, o da bir gün əvvəl 100 qram spirtli içki içdiyini etiraf etmişdir. Bundan başqa, spirtlə əlini dezinfeksiya etdiyini bildirən zaman polis əməkdaşı avtomobilinə müdaxilə etməyə başlamış və ona maşından spirt iyinin gəldiyini qeyd etdikdən sonra polis əməkdaşı onun içkili olub-olmadığını yoxlamaq üçün “alkotester” adlanan aparata üfürməsini tələb etmiş və o, həmin aparata nəfəsini verdikdən sonra əməkdaş onun içkili olduğunu və alkoqolun 2,272 promil (saat 08:21) olduğunu demişdir. Vəziyyəti belə gördükdə, o, polis əməkdaşlarına hazırda sərxoş olmadığını, dünəndən içdiyi spirtli içkinin isə onun indi nəqliyyat vasitəsini normal idarə etməsinə mane olmadığını bildirməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib edildikdən sonra polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət edəcəyini bildirmişdir. Bundan sonra digər bir polis əməkdaşı ona yaxınlaşaraq asanlıqla həll olunacaq xırda bir işi bu qədər böyütməyin heç bir mənasının olmadığını demiş, o da tələsdiyindən, həmin polis əməkdaşına inanıb protokola öz sözləri ilə izahat yazmaq istədiyini bildirmişdir. Polis əməkdaşlarının diktəsi və istədikləri formada yazdırılmış izahatında göstərmişdir ki, “mən Şəxs söz verirəm ki, bir daha spirtli içki təsiri altında nəqliyyat vasitəsini idarə etməyəcəm. Həkimə getməyə ehtiyac yoxdur”. Bu sözləri protokola yazdıqdan sonra polis əməkdaşlarının dediyi kimi, “həll olunacaq xırda bir işin” artıq həll olunduğunu gördükdən sonra özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim Səmədov tərəfindən 16 may 2020-ci il tarixdə saat 10:35 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının faizi 0,00 promilli olması aşkar olunmuş və 1/2731 saylı, protokol ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 16 may 2020-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 16 may 2020- ci il tarixdə, saat 08:23-də idarə etdiyi «Mercedes Benz 300 D» minik markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-527/2020 nömrəli 18.08.2020-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-527/2020 nömrəli 18.08.2020-ci il tarixli qərarından 02.10.2020-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən şikayət verilmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərimişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1782/2020 nömrəli 21.10.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)- 527/2020 nömrəli 18.08.2020-ci il tarixli qərarı, həmçinin məhkəmənin iş üzrə 06.06.2020ci il tarixli inizbati xəta haqqında işlərin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-4/2021 nömrəli 03.03.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-4/2021 nömrəli 03.03.2021-ci il tarixli qərarından 12.04.2021-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən şikayət verilmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərimişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1141/2021 nömrəli 16.05.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta 16.05.2020-ci il tarixdə baş vermişdir. Lakin hazırkı vaxtadək şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunvericilinin tələblərinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin faktiki hallarından görünür ki, Şəxs 16 may 2020-ci il tarixədə xətanı törətmiş, bu barədə Bakı şəhəri X4 İdarəsinin Yol patrul xidmətinin polis inspektoru polis siravisi X1 tərəfindən İXP seriyalı ******* nömrəli, 16 may 2020-ci il tarixli protokol tərtib olunmuş, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında müvafiq materiallar 05 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilməmiş, işə məhkəmədə baxılan zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa belə, onun barəsində inzibati xəta haqqında protokol qəbul edildiyi 16.05.2020-ci il tarixədən bir ildən artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin və cəzadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-4/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-4/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver