Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-40/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2 oğlunun iştirakı ilə X2 Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinin barəsində tərtib etdiyi ******* nömrəli, 14 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərdi ki, 14 mart 2021-ci il tarixdə, gecə saat 00:05 radələrində Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən çay evinin qapılarının açıq olduğunu görüb çay içmək məqsədilə çay evinə daxil olmuşdur. Çay evinin əməkdaşları yer olmadığını bildirdikləri üçün qapıdan çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq pandemiya rejimini pozduğunu bildirmişlər. O, çay evində yer olmadığı üçün çıxdığını və karantin qaydalarını pozduğunu bildirsə də, ona bölməyə gedib izahat verməyi bildirmişlər. O, da bölməyə gedib izahat verdikdən təxminən 8 ay sonra telefonuna karantin rejimini pozduğuna görə 200 manat cərimə olunması ilə bağl mesaj gəlmişdir. Bir neçə dəfə 2-ci Polis şöbəsinə gedərək protokolun və qərarın surətini tələb etsə də, hər də müxtəlif bəhanələr gətirərək protokolun və qərarın surətini verməkdən imtina etmişlər. Protokolun və qərarın surətini 09 dekabr 2021-ci il tarixdə almış və məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, X2 barəsində tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolun doğruluğunu təsdiq edir. Həqiqətən də, X3 14 mart 2021-ci il tarixdə Atçılıq massivində yerləşən Qardaşlar kafesində saa 00:17 radələrində karantin rejimi qaydalarını pozmuşdur. Səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi F.Ömərov tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 14 mart 2021-ci il tarixdə Atçılıq massivində yerləşən Qardaşlar kafesində saa 00:17 radələrində karantin rejimi qaydalarını pozması aşkar edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi F.Ömərov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş X2 Xəzər RPİ-nin 2-ci PŞ-də 14 mart 2021-ci il tarixdə verdiyi izahatdan görünür ki, 14 mart 2021-ci il tarixdə, gecə saat 00:05 radələrində Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən çay evinə çay içmək məqsədilə getmişdir. Saat 00:05 radələrində polis əməkdaşları həmin obyektə girərək karantin rejimini pozduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Bir daha söz verir ki, karantin rejimi qaydalarını pozmayacaqdır. Məhkəmədə müəyyən olundu ki, karantin dövründə X3 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verdiyinə görə, yəni Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov tərəfindən tərəfindən barəsində MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov tərəfindən tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. X1 RPİ-nin 2-ci PŞ-də 14 mart 2021-ci il tarixdə verdiyi izahatda karantin rejimi qaydalarını pozduğunu etiraf etmiş və bir daha karantin rejimi qaydalarını pozmayacağına söz vermişdir. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 09 dekabr 2021-ci il tarixdə almış və 15 dekabr 2021-ci il tarixdə həmin qərardan şikayəti rabitə orqanına təqdim etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Firdovsi Ömərov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 14 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-40/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-40/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver