Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-40/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24803208 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq müəyyənetdi: X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli EQ24803208 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Müəyyən olundu ki, X3 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə EQ24803208 saylı qərar şikayətə əlavə edilməmişdir. Bu səbəbdən inzibati xətanın törədildiyi yer və vaxt, hadisənin mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ona imza etməsi, qərarı nə zaman alması və sair məlumatlar ərizədə yoxdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, şikayət ərizəsi natamam olduğundan inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24803208 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-40/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-40/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver