Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-401/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 13 yanvar 1997-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, himayəsində 1 azyaşlı uşağı olan, fəhlə işləyən və əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Neftçala rayonu, Qədimkənd kəndinə qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Hüseynov X1 Rayon Məhkəməsinin 2(053)-136/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 2(053)-165/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 1(053)-157/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-157/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3310 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X2 verilməlidir. Bu icra sənədi üzrə Şəxs heç bir ödəniş etməmişdir. Bundan başqa, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 385,84 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bu icra sənədi üzrə Şəxs heç bir ödəniş etməmişdir. Bundan əlavə, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 206,75 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bu icra sənədi üzrə Şəxs heç bir ödəniş etməmişdir. Bundan başqa, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Hüseynov Əbülfəzin yetkinlik yaşına çatanadək hər ay Şəxs 150 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. Şəxs heç bir ödəniş etməmiş və hazırda onun aliment borcu 3000 manat təşkil edir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-136/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 2(053)-165/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 1(053)-157/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs bu gün saat 11:00-da polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, 4 icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Belə ki, 6 ay əvvəl ona məxsus 2012-ci il buraxılışı olan “VAZ 2107” markalı avtomobil qaçırılmış və o, avtomobilin axtarışı ilə məşğul olmuşdur. Hazırda avtomobil tapılmış və bir neçə gündən sonra ona təhvil veriləcəkdir. Məhkəmə tərəfindən ona vaxt verilsə, o, avtomobilini satıb borclarını ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3310 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq X2 verilməlidir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" ASC-nin xeyrinə 385,84 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 206,75 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Hüseynov Əbülfəzin yetkinlik yaşına çatanadək hər ay Şəxs 150 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-136/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 2(053)-165/2021 nömrəli xx.xx.2021ci il tarixli, Neftçala Rayon Məhkəməsinin 1(053)-157/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs 4 icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 11:00-da icra şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 15 mart 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-401/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-401/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver