Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-402/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X6 şikayət ərizəsi ilə müraciət edərək ona, X3 və X1 yazılmış cərimələrin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılmalıdır. Belə ki, X6 özü ilə yanaşı, X3 və X1 yazılmış cərimələrin silinməsini xahiş edir. Lakin o, yalnız ona yazılmış cərimələrlə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edə bilər. Digər şəxslərə yazılmış cərimələrlə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə yalnız həmin şəxslərin özləri məhkəməyə şikayət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-402/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-402/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver