Məhkəmə qərarları › İş №3(003)-404/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-404/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-404/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkətinin müvəqqəti idxalın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq mallar gömrük ərazisindən kənara aparılmamış, müvafiq idxal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanınamüraciət edilməmişdir. Belə ki, VİRCİN ADALARİNİN Şəxsycan Respublikasındakı filialı VÖЕN:********** tərəfindən xx.xx.2002-ci il tarixli 00800/2010610 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi faktura dəyəri 14600 ABŞ dolları olan “radioaktiv elementlər” yükü müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idax müddəti xx.xx.2022ci il tarixdə birmiş, ancaq VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD LTD» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Resblikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanunamüvafiq ea dada uzadılması və a dieər əsömrük erosedurunda rəsmilə dirilməsi barədə qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanınamüraciət edilməmişdir. Bununla da VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkətinin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən 03 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkətinin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkətinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, VİRCİN ADALARİNİN Şəxsycan Respublikasındakı filialı (VÖEN:**********) tərəfindən xx.xx.2002-ci il tarixli 00800/2010610 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi faktura dəyəri 14600 ABŞ dolları olan “radioaktiv elementlər” yükü müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, ancaq VİRCİN ADALARİNİN Şəxsycan Respublikasındakı filialı tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanunamüvafıq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Araşdıma zamanı Vircin Adalarının VİRCİN ADALARİNİN Şəxsycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsi 1900-013/0xx-xx/000299 nömrəli məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət edilmiş, ancaq sözügedən hüquqi şəxsin nümayəndəsi Baş İdarəyə gəlməmiş, bunun səbəbləri barədə araşdırma aparan orqana (vəzifəli şəxsə) məlumat verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, xx.xx.2023-cü il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 14600 (on dörd min altı yüz) ABŞ dolları pul vəsaiti 24 820 (iyirmi dörd min səkkiz yüz iyirmi) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: VİRCİN ADALARİNİN «CASPİAN WİRELİNE SERVİCES LTD» şirkəti Azərbaycan Respublikasının İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan olan 14600 (on dörd min altı yüz)ABŞ dolları məbləğində xarici valyuta vəsaiti məbləğinin 50 (əlli) faizi, yəni 7300 (yeddi min üç yüz) ABŞ dolları olmaqla 12 410 (on iki min dörd yüz on) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar