Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-406/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin sahə inspektoru, X1, zərərşəkmiş şəxslər X2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs X5 və onun anası Sona Rəhimovaya Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində ictimai yerdə onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin sahə rəisi X7 protokola uyğun çıxış edərək qeyd etmişdir ki, Şəxs barəsində 19 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs X2 şikayəti əsasında araşdırılma aparılmış və proses iştirakçılarının izahatı alınmışdır. Son olaraq tətib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında X6 2 il bundan əvvəl tanıdığını, aralarında xoş münasibətləri olduğunu bildirmişdir. Daha sonra maddi sıxıntıları olduğu üçün ondan 10 000 manata yaxın pul aldığını hal-hazırdada əməlindən peşiman olduğunu qeyd edərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, Şəxs 2 ilə yaxındır ki, tanıdığını, tanıdığı vaxtdan bugünədək mütəmadi olaraq onunla görüşərək aralarında sevgi münasibətləri olmuşdur. Ona inandığından ümumilikdə ona 40 000 manata yaxın pul və qızıl-zinət əşyaları verdiyini qeyd etmişdir. Yenidən Elşən ondan pul istəmiş, o isə əvəzində Elşənə pul verməyəcəyini bildirmişdir. Elşəndə onun və anasının şərəf və ləyaqətini alçaldaraq, ünvanına böhtan dolu ifadələr işlətmişdir. Onun işlədiyini ünvana gəlib, onu rəzil edəcəyini bildirir və hədələyir. Artıq bu şeylərə dözmək mümkün deyil, ona görədə müvafiq tədbirlərin görülməsi üçün anası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət etmiş və Elşənin barəsində tədbir görülüməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahat verərək Şəxs qızı Rəhimli Arzu vasitəsi ilə tanımışdır. X2 mütəmadi olaraq əsəb stress içində olduğunu görərək ondan səbəbini soruşmuşdur. Arzu Elşən ilə aralarında sevgi münasibətinin olmuş, sonradan Elşən ondan dəfələrlə ümumilikdə 40 000 manat məbləğində qızıl-zinət əşyalarını və pul alaraq ona hədə-qorxu gəlməyə başlamışdır. Elşən onun və qızının şərəf və ləyaqətini alçaldaraq, ünvanına böhtan dolu ifadələr işlətmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət etmiş və Elşənin barəsində tədbir görülüməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, inzibati xəta haqqında protokola əsasən Şəxs X5 və onun anası Sona Rəhimovaya Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yeni ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 fevral 2025-ci il tarixdə saat 20:15-də tutulmuşdur; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, və tərəflərin izahatlarından görünür ki, məhkəmə iclasında işin təfərrüatları araşdırılarkən qeydri-dəqiqliyə rast gəlinmişdir. Belə ki, iş materiallarında olan izahatda hadisənin 5-6 ay öncə olması müəyyən edilsədə işdə iştirak edən şəxslər hadisənin konkret olaraq nə vaxt hansı ayda baş verməsinə aid cavab verilməmişlər. Bundan əlavə İXM-nin 510-cu maddəsində yəni xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin, Şəxs əməlində öz əksini tapmamış, buna dair əsaslı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs əməllərində dələduzlu cinayəti tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 3(003)-406/2025 saylı qərar Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs əməllərində dələduzlu cinayəti tərkibinin olub-olmamasının araşdırılması məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 3(003)- 406/2025 saylı qərar Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-406/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-406/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver