Məhkəmə qərarları › İş №3(003)-408/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-408/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-408/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 mart 2021-ci il tarixli protokola əsasən 01 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı YTM keçirilən zaman YTQ № 01-2001 9.3 və 6.1-ci bəndlərinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X3 göstərdi ki, 23 fevral və 01 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMCnə məxsus mağazada planlı YTM keçirilən zaman YTQ № 01-2001 9.3 və 6.1-ci bəndlərinin tələblərinin pozulduğu, yəni mağazada avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı, qurğuya baxış keçirilmədiyi və elektrik təsərrüfatının E.Q.Q.Q-nın tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində MN seriyalı ******* nömrəli, 01 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 göstərdi ki, 23 fevral və 01 mart 2022-ci il tarixdə X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nə məxsus mağazada planlı YTM keçirilən zaman mağazada avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı, qurğuya baxış keçirilmədiyi və elektrik təsərrüfatının E.Q.Q.Q-nın tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur. Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını, şahidi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyi standartların, normaların və qaydaların tələbləri yerinə yetirilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar