Məhkəmə qərarları › İş №3(003)-41/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-41/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-41/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin barəsində tərtib etdiyi ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin barəsində tərtib etdiyi ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolun qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə X2 şikayəti müdafiə edərək göstərdi ki, 24 dekabr 2020-ci il tarixdə, saat 12:04 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzinin yaxınlığından keçərkən bir neçə polis əməkdaşınn sms icazələri yoxladığını görüb şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşı əvvəlcə sms icazənin olmadığını, daha sonra bir neçə dəqiqə öncə gəldiyini bildirərək cərimə olunacağını demişdir. O, ötən gün dostunun evində qaldığını, onların eivninin hazırki əraziyə yaxın olduğunu və sms icazə aldıqdan sonra evi tərk etdiyini demişdir. Buna baxmayaraq onu 22-ci Polis şöbəsinə aparmışlar və bir müddət sonra onu buraxmışlar. Lakin onun cərimə olunması ilə bağlı heç bir bildiriş verilməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl «Mygov» saytına daxil olan zaman Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə olunduğunu bilib 22-ci PŞ-nə yaxınlaşıb 17 dekabr 2021-ci il tarixdə protokolun surətini almış və 21 dekabr 2021-ci il tarixdə məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 24 dekabr 2020-ci il tarixdə, günorta (saat 12-18) sms icazə olmadan yaşayış yerini tərk edərək karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol saat 12:04-də tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəxsiyyət vəsiqəsinin seriyası AZE nömrəsi 17518153 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 8103 icazə xidmətindən alınmış məlumatlardan görünür ki, şəxsiyyət vəsiqəsinin nömrəsi seriyası AZE nömrəsi 17518153 olan şəxsin 2 indeksi üzrə müraciəti 24 dekabr 2020-ci il tarixdə, saat 11:27-də təsdiqlənmiş və 3 saat müddətində yaşayış yerini tərk etməsinə icazə verilmişdir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X2 24 dekabr 2020-ci il tarixdə sms icazə olmadan yaşayış yerini tərk edərək karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol saat 12:04-də tərtib edilmişdir. Lakin 8103 icazə xidmətindən alınmış məlumatdan görünür ki, şəxsiyyət vəsiqəsinin seriyası AZE nömrəsi 17518153 olan X1 2-ci indeks üzrə müraciəti 24 dekabr 2020-ci il tarixdə, saat 11:27-də təsdiqlənmiş və 3 saat müddətində yaşayış yerini tərk etməsinə icazə verilmişdir. Belə olan halda X1 barəsində 24 dekabr 2020-ci il tarixdə, saat 12:04-də inzibati xəta haqqında prtokol tərtib olunarkən onun icazəsi olmuş və onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X2 MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 17 dekabr 2021-ci il tarixdə almış və 21 dekabr 2021-ci il tarixdə həmin qərardan şikayət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmasına dair Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PBnin sahə rəisi X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar