Məhkəmə qərarları › İş №3(003)-412/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-412/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-412/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, evli, subay, "xxxx" MMC-də fəhlə işləyən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1492N ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, dalan 11 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə evdə olan zaman şüşə qolunu kəsmiş və qolu qanamağa başlamışdır. Çoxlu qan itirdiyinə görə xəstəxanaya getmək məqsədi ilə “Azsamand” markalı, 90PU-324 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşmiş və əsas yolda hərəkət edən zaman qarşı zolaqda hərəkətdə olan avtomobilin onun yoluna çıxmasını görmüş, avtomobilin hərəkət istiqamətini sağa doğru çəkmək istəyərkən idarə etməni itimiş və nəticədə “Vaz 2107” markalı avtomobillə toqquşmuşdur. Həmin avtomobili idarə edən şəxs xəsarət almışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və aralarında barışıq əldə olunmuşdur. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və iş üzrə zərəçəkmiş şəxslər xəbərdar olunmalarına baxmayaraq protokolu tərtib edən orqan nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, toplanmış material üzrə “Azsamand” markalı, 90PU-324 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X4 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində Şəxs idarə etdiyi “Azsamand” markalı, 90PU-324 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin içi ilə üzü Şüvəlan qəsəbəsi istiqamətdinə hərəkətdə edərkən Ələsəgərin mağazası adlanan ərazinin yaxınlığında avtomobilin idarə etməsini itirmiş və qarşı zolağla hərəkətdə olan Zərərçəkmiş şəxs Yuriyeviçin idarə etdiyi “Vaz 2107” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan hissəsindən vuraraq Zərərçəkmiş şəxs Yuriyeviçin yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 86 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Yuriyeviçin bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası); sol almacıq nahiyyəsinin, sağ və sol dizin sıyrıqları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqlarına görə sağlamlığın yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində Şəxs idarə etdiyi “Azsamand” markalı, 90PU-324 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin içi ilə üzü Şüvəlan qəsəbəsi istiqamətdinə hərəkətdə edərkən Ələsəgərin mağazası adlanan ərazinin yaxınlığında avtomobilin idarə etməsini itirmiş və qarşı zolağla hərəkətdə olan Zərərçəkmiş şəxs Yuriyeviçin idarə etdiyi “Vaz 2107” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan hissəsindən vuraraq Zərərçəkmiş şəxs Yuriyeviçin yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə səmimi peşmançılığını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar