Məhkəmə qərarları › İş №3(003)-413/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-413/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-413/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Xalıq Şahbazovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 07 fevral 2021-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Xalıq Şahbazov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xx.xx.2023-cü il arixdə saat təxminən 04 radələrində Türkiyə Respublikasının vətəndaşı, hal-hazırda ünvan 2 ünvanında yaşayan X1 məxsus olan ünvan 2 ünvanında yerləşən evin darvazasına boya ilə “X” hərifi, evin hasarına isə adının baş hərifini “Ə” yazaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Xalıq Şahbazov izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 04 radələrində Türkiyə Respublikasının vətəndaşı, hal-hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsi ev 11A ünvanında yaşayan X1 məxsus olan ünvan 3 ünvanında yerləşən evin darvazasına boya ilə “X” hərifi, evin hasarına isə adının baş hərifini “Ə” yazaraq çıxıb getmişdir. Bu səbəbdən Şəxs barəsində hazırda Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində dostu Coşquna zəng vuraraq onu Şüvəlan qəsəbəsinə aparmasını xahiş etmişdir. Dostu Coşqun onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində onun idarə etdiyi “Çanqan” markalı avtomaşınla Şüvəlan qəsəbəsinə getmişlər. Onun Şüvəlan qəsəbəsinə getməkdə məqsədi təxminən 6-7 ay bundan əvvəl Şüvəlan qəsəbəsində yerləşən evlərin birində fəhlə işlədiyini və zəhmət haqqını ala bilmədiyi üçün həmin evə boya ilə yazı yazmaq olub. xx.xx.2023-cü il tarixdə saat təxminən 04 radələrində işlədiyi Şüvəlan qəsəbəsində yerləşən evin qarşısına çatmış, avtomobildən yerə düşmüş, tanınmaması üçün üzünə maska taxaraq işlədiyi evin darvazasına boya ilə “X” hərifi, hasarına isə “Ə” hərifinin yazmışdır. O, həmin evin sahibi Türkiyə Respublikasının vətəndaşı X2 tanımadığını, həmin evin ona məxsus olduğunu bilmədiyini, həmin şəxslə heç bir düşmənçilik münasibətinin olmadığını bildirmişdir. O, Şüvalan qəsəbəsi S.Vurğun küçəsində yerləşən evin darvazasına və hasarına tikinti gedən zaman iş icraçısı Əli adlı şəxsin onun işlədiyi pulu verməməsi üçün yazdığını bildirmişdir. O, dəfələrlə Əli adlı şəxsə zəng vuraq ondan pulunu istəmiş, lakin ala bilməmişdir. O, həmin şəxslərdən heyf çıxmaq üçün evin darvazasını və hasarını rəngli boya ilə yazmışdır. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1987-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar