Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-415/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 09 fevral 1977-ci il tarixdə Kəlbəcər rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəlbəcər rayonu, Seyidlər ərazi dairəsi, Seyidlər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 08 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2141/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən D.Məmmədovdan 2900 manat və Şəxs 1500 manat alınaraq F.Həmzəyevə ödənilməlidir, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3817/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Bundan əlavə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-927/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2055,80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan icra vərəqələrini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu borcunun qalan hissəsini hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini, hissə-hissə ödəyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədlərini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmış, axtarışda olmuş, bu gün Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarlarını indiyə qədər icra etməmiş, bu isə tələbkarların çoxsaylı şikayətlərinə səbəb olmuşdur. Borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 bildirdi ki, Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2141/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə 1500 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir, ona bir qədər müddət verilərsə, borcunu hissə-hissə ödəyə biləcəkdir. Hazırda o, borcundan 1500 manat ödəmiş və bundan sonra da borcun hissə-hissə ödəyəcəkdir. Bütün bunların nəzərə alınmasını və barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. [ Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2141/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, D.Məmmədovdan 2900 manat və Şəxs 1500 manat alınaraq F.Həmzəyevə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3817/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-927/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2055,80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1494/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500(beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan sənədlərin alınması haqqında qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2141/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borcundan 1500 manat ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-415/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-415/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver